Bərdə rayonu

Источник: #zibilədüşmüşük hashtagı ilə sosial şəbəkə paylaşımı

Başlıq: Bərdə rayonu

Bərdənin üfunət qoxuyan küçələri

Статья обновлена:  16 Сентябрь 2021

Sakinlər zibil qutularının azlığından şikayətçidir

Bərdə rayonunda kifayət qədər zibil qutularının olmaması problemi var. Rayonun sakinləri bildirirlər ki, şəhərdə zibil qutuları olmadığından insanlar məişət tullantılarını özlərinin müəyyən etdiyi yerlərə atır, nəticədə şəhərin küçələrində arzuolunmaz vəziyyət yaranır. Küçələr zibilliyə çevrilir və ətrafı üfunət iyi bürüyür. Xüsusən yay aylarında vəziyyət daha da ağırlaşır.

Şəhər sakini, ictimai fəal Ülviyyə Babasoy da tez-tez bu problemlə bağlı paylaşımlar edir. Deyir: “Bərdədə bu problem həmişə olub. Toplanan zibillər daşınsa belə, gün ərzində qalıb iylənir. Bundan da yaxın ərazilərdə yaşayan insanlar əziyyət çəkir”.

Sakinlər deyirlər ki, bu, həm də antisanitariyadır və müxtəlif xəstəliklərə səbəb ola bilər:

"Xüsusən yay aylarında vəziyyət daha da ağırlaşır".

"Xüsusən yay aylarında vəziyyət daha da ağırlaşır".

Источник: #zibilədüşmüşük hashtagı ilə sosial şəbəkə paylaşımı

“Hətta uzun müddətdir ki, bununla bağlı sosial şəbəkələrdə daim paylaşımlar edirik. Yenə bir nəticəsi yoxdur. Aidiyyatı orqanlara dəfələrlə müraciət etmişik, hətta ideya da vermişik, ancaq müsbət nəticə əldə edə bilməmişik”.

Ülviyyə Babasoy deyir ki, şəhərin bəzi yerlərində zibil qutuları var, ancaq bu, kifayət qədər deyil:

“Olmayan yerlərdə insanlar zibillərini küçəyə atırlar. Düzdür, səhər bir çox ərazidən zibil maşınları həmin tullantıları toplayır. Ancaq gün ərzində tullantılar yığılmağa başlayır və şəhərin ümumi mənzərəsini korlamaqla yanaşı, həm də sağlam yaşama mənfi təsir edir. Üfunət iyi də bir tərəfdən. Aidiyyatı qurumlara məlumat verilib. Hələlik, heç bir müsbət irəliləyiş yoxdur”.

Ülviyyə Babasoy deyir ki, bir çox halda belə problemlər ictimailəşəndə, sosial şəbəkələrdə paylaşılanda təsiri olur. O da qərara gəlib ki, Bərdənin bu problemini sosial şəbəkələrdə paylaşsın. O, aylardır Bərdənin müxtəlif küçələrində zibillərin hara gəldi atıldığı, yaşayış evlərinin yaxınlığındakı zibilxanalarla bağlı paylaşımlar edir. İnanır ki, axır əvvəl bir işə yarayacaq:

“Dəfələrlə sosial medianın gücünə şahid olmuşam. Qərara almışam ki, onun üstünlüyündən faydalanım”.

"Küçələr zibilliyə çevrilir və ətrafı üfunət iyi bürüyür".

"Küçələr zibilliyə çevrilir və ətrafı üfunət iyi bürüyür".

Источник: #zibilədüşmüşük hashtagı ilə sosial şəbəkə paylaşımı

Bərdə şəhərində zibil qutusu yetməzliyi ilə bağlı sosial şəbəkələrdə paylaşım həştəqi də yaradılıb. Həmin həştəq #zibilədüşmüşük adlanır.

Ülviyyə Babasoy deyir ki, Bərdə sakinləri və şəhərin qonaqları burada rastlaşdıqları zibil mənzərələrini çəkib, #zibilədüşmüşük hashtagı ilə paylaşırlar. İnanır ki, bununla şəhərin problemini həll etmək mümkün olacaq.

Bərdə sakinlərinin paylaşımlarından da aydın olur ki, zibil qutusunun olmaması problemi şəhərin təkcə ucqar küçələrində deyil, həm də mərkəzi küçə və yollarında var. Məsələn, paylaşımların birində Bərdənin mərkəzi küçələrindən olan Heydər Əliyev prospektində küçənin ortasında zibilxana olduğu görünür. Həmin görüntülərin hər birində zibil qutuları yoxdur və məişət tullantıları küçələrdə toplanır.

"Düzdür, səhər bir çox ərazidən zibil maşınları həmin tullantıları toplayır. Ancaq..."

"Düzdür, səhər bir çox ərazidən zibil maşınları həmin tullantıları toplayır. Ancaq..."

Источник: #zibilədüşmüşük hashtagı ilə sosial şəbəkə paylaşımı

Bərdə rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, belə bir problemin olmasından məlumatsızdırlar:

“Kim deyib Bərdədə belə bir problem var? Biz bilmirik, gedin başqa yerdən maraqlanın. Bir Kommunal Müəssisələri Kombinatından maraqlanın, bəlkə onlar bilər”.

Bərdə Kommunal Müəssisələri Kombinatından isə bildiriblər ki, doğrudan da rayonun zibil qutusu çatışmazlığı problemi var:

“Olan qutuların da əksəriyyəti köhnəlib. Ümumiyyətlə, qutuların olmadığı yerlərdə insanlar zibilləri küçəyə atır və bunların toplanması vaxt aparır. Amma problemin həlli istiqamətində iş gedir. Ümid edirik ki, tezliklə belə problem qalmayacaq”.

“Olan qutuların da əksəriyyəti köhnəlib"

“Olan qutuların da əksəriyyəti köhnəlib"

Источник: #zibilədüşmüşük hashtagı ilə sosial şəbəkə paylaşımı

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  16 Сентябрь 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/wso6uh

Самое читаемое