Bərdə şəhəri, Babək prospekti

Источник: Meydan TV

Başlıq: Bərdə şəhəri, Babək prospekti

Bərdə sakini: Ayağını çölə atırsan, nəcis ayaqqabının altına yapışır

“Bir yanğın baş versə, heç yanğınsöndürən maşın da binaya yaxın düşə bilməyəcək”

“Allaha şükür, Qarabağı da aldıq, bura oldu necə deyərlər, Azərbaycanın “kruqu”. Prezident Qarabağa səfər edəndə binamızın yaxınlığından keçib gedir. Düz magisrtal yolun kənarındayıq. Ancaq hazırda binamızın həyətində bir üfunət, bir çirkab var ki, adam heç evdən çölə çıxmaq istəmir”.

Bunu Meydan TV-yə Bərdə şəhəri, Babək prospektindəki 2 saylı binanın sakinləri deyir.

“Yağış suları mənzillərə süzülür”

Sakin Vüsal Qasımovun deməsinə görə, 3 ildir ki, beşmərtəbəli binanın üstündəki navalçalar (yağış sularının ötürülməsi üçün boru) sıradan çıxıb. Nəticədə yağış divarların arasıyla mənzillərə süzülür:

“Binanın fəsadları köhnə daşlardan və alkopon materialdan ibarətdir. Yağış yağanda su evin içərisinə süzülür. Qışda tez-tez evin içərisini təmir etdirməli oluram, hər dəfə materiala, ustaya pul verirəm. Hər yağışdan sonra azı 150 manat xərcə düşürəm. Üstəlik, anam astma-bronxit xəstəliyindən əziyyət çəkir. Yaranan nəmişlik, divara çəkilən “zamaska”nın iyi anamın səhhətini ağırlaşdırır. Nə qədər gedib qohum evində qalmaq olar? Bir navalça nədir ki, gətirib quraşdırmırlar, nəticədə bu qədər evlər su ilə dolur, insanlar əziyyət çəkir”.

“Adam çölə çıxanda özünə nifrət edir”

Sakinlərin deməsinə görə, 2-3 gün əvvələdək binanın zirzəmisi də çirkab sularla dolu imiş. Onların çoxsaylı şikayətlərindən sonra nəhayət, zirzəmidəki kanalizasiya xətləri təmir olunub, ancaq çölə axan çirkab sular binanın qarşısından hələ də çəkilməyib. Vüsal Qasımov danışır:

"Yağış yağanda su evin içərisinə süzülür"

"Yağış yağanda su evin içərisinə süzülür"

Источник: Meydan TV

“Vallah, çox üzr istəyirəm, ayağını çölə atırsan, nəcis ayaqqabının altına yapışır. Adam küçəyə çıxanda özünə nifrət edir. Düşünürsən ki, bir vətəndaş olaraq gör səni hansı şəraitdə yaşamağa məhkum edirlər. Hər şeyi də yıxırlar vətəndaşın üzərinə. Demir ki, xətlər köhnəlib, dəyişmək lazımdır, deyir, pampers atırsız, boru tutulur, daşır”.

“Qaz xətləri həyətə giriş-çıxışı əngəlləyir”

Sakinlər deyir, binanın arxa tərəfində qaz xətləri binaya az qala bitişikdir. Bir yanğın hadisəsi baş versə, yanğınsöndürən maşınların binaya yaxın düşməsinə əngəldir:

“Üç qaz xətti keçir, heç birinin bizim binaya aidiyyəti yoxdur. Ancaq binanın həyətinə maşınların giriş-çıxışına əngəl yaradır. Dəfələrlə müraciət etmişik ki, gəlib o xətləri binadan heç olmasa 5 metr kənarlaşdırsınlar, xətləri elə çəksinlər ki, bizə mane olmasın. Navalçanın olmaması üzündən evi yararsız vəziyyətə düşən yuxarı mərtəbədəki qonşu tikinti materiallarını kranla qaldırmalıdır. Qaz xətlərini elə çəkiblər ki, qaldırıcı kran həyətə girə bilmir. Bir yanğın baş versə, heç yanğınsöndürən maşın da binaya yaxın düşə bilməyəcək. Qaz idarəsindən gəlmişdilər, bildirdilər ki, o qaz xətləri yaxınlıqdakı obyektlərə (çörəkbişirmə sexi, kafelər və sair) getdiyi üçün əl vura bilməzlər. Bəs yaxşı, biz nə edək?”

“Bir də sahibsiz itlər...”

Bir də bina sakinlərini narahat edən məsələ sahibsiz itlərlə bağlıdır. Demələrinə görə, hava qaralanda sahibsiz itlər binaların girişinə toplaşır, hətta bir neçə dəfə qocaya, uşağa hücum da çəkiblər:

“Bir də görürsən it sürüsü hürüşə-hürüşə mağazadan gələn uşağın üstünə cumdu. Bilmirsən ki, hansı quduzdur, hansı quduz deyil, hansı qapacaq, hansı qapmayacaq. Uşaq var, dili tutulub, uşaq var, psixikası pozulub... Demirik ki, itləri öldürsünlər, istədiyimiz odur ki, gəlib ortalıqdan yığışdırsınlar”.

Bərdə Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Babək küçəsindəki 2 saylı binanın problemləri aidiyyəti qurumların nəzərinə çatdırılıb. Binanın zirzəmisindəki su-kanalizasiya xətlərində təmir işləri aparılıb. Digər problemlər də mərhələli qaydada həllini tapacaq.

Sakinlərin deməsinə görə, 2-3 gün əvvələdək binanın zirzəmisi də çirkab sularla dolu imiş

Sakinlərin deməsinə görə, 2-3 gün əvvələdək binanın zirzəmisi də çirkab sularla dolu imiş

Источник: Meydan TV

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/x70vrs

Самое читаемое