Bələdiyyə seçkilərinin vaxtı məlum oldu

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Source: google.az


MSK seçki hüquqlarını pozan hərəkətlərin araşdırılması məqsədilə Ekspert qrupu yaradıb

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Bu barədə Mərkəzi Seçki Komissiyasının 18 oktyabr iclasında qərar qəbul edilib.

Məlumatı MSK-nin mətbuat xidməti yayıb.

Bildirilib ki, “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilib.

Eyni zamanda, bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəzdində Ekspert qrupu yaradılması qərara alınıb.

Bundan əlavə imza vərəqələrində, namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə məlumatların düzgünlüyünü yoxlamaq üçün İşçi qrup yaradılıb.

Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu il dekabrın 12-də keçirilib. Həmin seçkilərlə 2700 bələdiyyə yaradılıb. Sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771- ə endirilib. Sonuncu dəfə, 2014-cü ildə 1607 bələdiyyəyə seçki keçirilib.

Mövcud qanunvericiliyə uyğun olaraq, Azərbaycanda bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir.

Ana səhifəSiyasətBələdiyyə seçkilərinin vaxtı məlum oldu