“Belə davam etsə, konsulluğun qarşısında çadır qurmalı olacağıq”

“Biz konsulluqdan yardım istəsək də, rədd olundu”.

Source: Specify Source


Bir qrup azərbaycanlı İstanbuldakı konsulluğun qarşısında aksiya keçirib

Bir qrup azərbaycanlı mayın 7-də Azərbaycanın İstanbuldakı konsulluğu qarşısında aksiya keçirib.

Onlar Bakıya qayıda bilmədiklərini və Azərbaycan konsulluğundan yardım istəklərinə rədd cavab aldıqlarını bildiriblər.

Bu barədə Meydan TV-yə aksiya iştirakçılarından İsrafil Cəbrayılov və Kənan Əliyev məlumat veriblər. Hər iki şəxs Türkiyədə işlədiklərini bildirərək deyiblər ki, artıq bir aydır işsizdirlər, kirayə və ərzaq pulları qurtarıb:

“Biz konsulluqdan yardım istəsək də, rədd olundu. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirik ki, bizə yardım göstərilməsi üçün göstəriş versin. Vəziyyətimiz ağırdır. Bu cür davam etsə, konsulluğun qarşısında çadır qurmalı olacağıq”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Meydan TV-nin sorğusuna cavab verib ki, həmiş şəxslər konsulluğa yox, səfirliyə müraciət etməlidirlər:

“Adları çəkilən şəxslər səfirliyin saytında onlayn qeydiyyatdan keçsinlər və ya qaynar xəttə müraciət etsinlər. Səfirliyin saytına daxil olub, özləri haqqında xüsusi məlumat göndərməlidirlər. Yaxud "qaynar xətt"ə müraciət etsinlər, onlara bu haqda istiqamət verəcəklər”.

Ana səhifəSosial“Belə davam etsə, konsulluğun qarşısında çadır qurmalı olacağıq”