Belarusda rus muzdlu əsgərləri həsb edilib

Alesin bildirib ki, həbslər Lukaşenkonun səsvermədən əvvəl insanları səfərbər etmək səylərinin bir hissəsi ola bilər.

Source: Specify Source


Rusiyanın “Wagner” özəl hərbi şirkətinin 32 üzvü Minsk ətrafında tutulub

Belarus hakimiyyəti prezident seçkilərinə günlər qalmış Rusiyaya aid xüsusi muzdlu əsgərləri iki qonşu ölkə arasında gərginlik yaratmaları səbəbindən saxlayıb, – “Guardian” xəbər verir.

Altmış beş yaşlı Belarus Prezidenti Aleksandr Lukaşenko 9 avqust seçkilərində altıncı dəfə postunu qorumağı hədəfləyir. Lukaşenko dəfələrlə Rusiyanı ölkənin post-sovet müstəqilliyindən imtina etməyə məcbur etməkdə ittiham edib. İyirmi altı illik hakimiyyəti dövründə Lukaşenko Rusiyanın subsidiyalarına və siyasi dəstəyinə söykənib, lakin buna baxmayaraq, Moskvanın ölkəsinin iqtisadi aktivlərinə nəzarəti əldə etmək səylərinə qarşı müqavimət göstərib, “Guardian” yazıb.

“Seçki kampaniyası dövründə Belarusda sabitliyi pozmaqda ittiham olunan onlarla rusun həbsi ölkələr arasında siyasi gərginliyi yeni bir zirvəyə qaldırıb”, – xəbərdə qeyd edilib. Bəzi müşahidəçilər bu addımı Lukaşenkonun təşviqat kampaniyası kimi qiymətləndirir.

“Rusiyanın “Wagner” özəl hərbi şirkətinin 32 üzvün dünən hələ də sovet dövrü adı ilə məşhur olan KQB tərəfindən Minsk ətrafında tutulub”, – Belarus dövlət xəbər agentliyi “BelTA” yazıb. Xəbər agentliyi ölkənin cənubunda da eyni həbslərin baş verdiyini qeyd edib.

Belarusun ən yüksək istintaq qurumu olan İstintaq Komitəsinin mətbuat katibi Yuliya Qonçarova həbsləri təsdiqləsə də, əlavə məlumat verməyib.

Hadisədən sonra Lukaşenko Təhlükəsizlik Şurasının iclasını çağırıb və KQB rəisindən Rusiyadan rəsmi izahat istəməsini tapşırıb.

Rusiyanın Belarusdakı səfirliyi Belarus hakimiyyətindən həbslər haqqında rəsmi məlumat almadıqlarını bildirib,- “Guardian” yazıb.

“BelTA” Belarus hüquq-mühafizə orqanlarına istinadən bildirib ki, seçki kampaniyası zamanı ölkəni destabilləşdirmək üçün 200-dən çox rus hərbçi ölkəyə gəlib.

Müstəqil hərbi ekspert Aleksandr Alesin “Guardian”a deyib ki, Belarus uzun müddət Rusiya üçün xaricdəki əməliyyatlardan ötrü tranzit dəhlizi rolunu oynayıb.

“Ruslar uzun illərdir ki, Belarusdan istifadə edərək digər ölkələrə xüsusi qoşun yeridirlər”, Alesin deyib: “Belarus təhlükəsizlik orqanları bu barədə hər şeyi bilirdilər və son vaxtlara qədər ruslara kömək təklif ediblər”.

Alesin bildirib ki, həbslər Lukaşenkonun səsvermədən əvvəl insanları səfərbər etmək səylərinin bir hissəsi ola bilər.

O əlavə edib ki, mümkün ki, Belarus lideri qəzəbini Kremlə ifadə etmək istəyir: “Həbslərlə Lukaşenko da Rusiyaya öz yerini göstərmək istəyir. Çünki Rusiya subsidiyalarını kəsdikdən sonra Kremllə münasibətlər pisləşib”.

“Keçmiş sovxoz direktoru Lukaşenko 9,5 milyonluq əhalini dəmir əllə idarə edərək müxalif və azad mediaya zərbə vurub və Qərbin saxta səslər adlandırdığı seçkilərlə hakimiyyətdə qala bilib”, “Guardian” əlavə edib.

Ana səhifəDünyaBelarusda rus muzdlu əsgərləri həsb edilib