Bayraq Meydanında nə baş verir?

Dövlət Bayrağı Meydanına texnikalar cəlb olunub. Meydanın üst hissəsi sökülür. Ərazidə olan mühafizəçilər deyirlər ki, Meydan təmir edilir və təmir yekunlaşandan sonra bir ilə yaxındır dalğalanmayan bayraq yerinə asılacaq. Mühafiəzçilər Bayraq Meydanının sökülüb başqa yerə köçürülməsi ilə bağlı fikirlərin düzgün olmadığını deyirlər. Amma həm də çəkilişə icazə vermirlər.

Dövlət Bayrağı Meydanından bildirirlər ki, ictimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Həsənov məzuniyyətdə olduğuna görə suallara cavab verə bilməyəcək.

Dövlət Bayrağı Meydanın tikintisinə 2007-ci ildə başlanılıb. 3 il davam edən tikintini Amerika şirkətinin hazırladığı layihə ilə Azərbaycanın “Azenko” şirkəti reallaşdırıb. Jurnalist araşdırmaları zamanı “Azenko” şirkətinin prezident ailəsinə bağlılığı üzə çıxıb. Tikintiyə ümumilikdə 30 milyon manat xərclənib. Bunun 20 milyon manatı prezidentin Ehtiyat Fondundan, 10 milyon manatı isə dövlət büdcəsindən ayrılıb.

2017-ci ilin avqusunda sökülən bayraq hələ də yerinə asılmayıb. Rəsmi xəbərə görə bayrağı saxlayan 162 metrlik dayaq küləyə davamlı olmayıb.

Bayraq Meydanı dünyanın ən uca bayraq dirəyi ilə Ginnesin Rekordlar kitabında yalnız bir neçə ay qala bilmişdi. Tacikistan bu rekordu yeniləyənə qədər.

Ana səhifəVideoBayraq Meydanında nə baş verir?