Pərviz Həşimli

Источник: meydan tv

Оглавление: Pərviz Həşimli

Baş redaktor sərhəddən geri qaytarılıb

Pərviz Həşimli: ''Mənə Bakı Şəhər Prokurorluğu tərəfindən qadağa qoyulduğu bildirildi''

''Gununsesi.info” saytının baş redaktoru, keçmiş məhbus Pərviz Həşimli iyulun 30-da Azərbaycan-Rusiya sərhədindən geri qaytarılıb. Ona Bakı Şəhər Prokurorluğu tərəfindən qadağa qoyulduğu bildirilib.

Məlumatı Meydan TV-yə Pərviz Həşimlinin özü verib.

Pərviz Həşimli ötən ilin iyul ayında Gəncə şəhərində baş verən hadisələrlə bağlı ölkədən çıxışına qadağa qoyulduğunu təsdiqləyib, ancaq bundan sonra Respublika Prokurporluğuna dəvət edildiyini də bildirib:

“Mən Baş prokuror Zakir Qaralova müraciət edəndən sonra səlahiyyətli şəxslər səviyyəsində dəvət edib heç bir problemin olmadığını və qadağanın götürüləcəyini söylədilər. Ancaq bu gün götürülmədiyi məlum oldu”. Pərviz Həşimli “Gəncə işi”ndə şahid qismində dindirildiyini söyləyib: “Qanunvericiliyə görə, məhkəmə qərarı olmadan şahidin ölkədən çıxışına məhdudiyyət qoyula bilməz. Həmin dövrdə, bir il əvvəl “Gununsesi.info” məhkəmə qərarı olmadan bloklanmışdı, 4 saat prokurorluqda dindirildim, yazılarla bağlı suallara cavab verdim. Yazdıqlarımızda bir qanunsuz elementə rast gəlinməyib, sırf xəbər yazmışıq və KİV haqqında qanunvericilik pozulmayıb. Bir il keçməsinə baxmayaraq, şahid kimi mənə qoyulan məhdudiyyət aradan götürülməyib”.

Pərviz Həşimli 2014-cü ildə Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah-sursat saxlama) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Jurnalisti 2013-cü il sentyabrın 17-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları həbs etmişdilər. O, 2016-cı ilin martında əfv edilib. 2017-ci ilin mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla Azadlıq Radiosunun “azadliq.org”, “Azadlıq” qəzetinin “azadliq.info”, “meydan.tv'', ''abzas.net”, “turan.az” və “azerbaycansaati.org'' saytları bloklanıb. Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Ötən il isə “bastainfo.az'', “criminal.az”, “az24saat.az”, “xural.com”, və “gununsesi.info” saytları bloklanıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/iwlnbp

Самое читаемое