Həcər İsmayılovanın xəstəxanaya yerləşdirildiyi bildirilir
Yanvarın 18-də paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Füzuli küçəsi 53 ünvanında minik avtomobili 1964-cü il təvəllüdlü Həcər İsmayılovanı yol süpürərkən vurub.
Həcər İsmayılovaya döş qəfəsi, qarnının küt travması və diz qapağının sınığı diaqnozu qoyulduğu bildirilir.
APA-nin məlumatına görə, Nəsimi Rayon Mənzil Kommunal Təsərüffat Birliyinin əməkdaşı olan Həcər İsmayılov xəstəxanaya yerləşdirilib.
Azərbaycanda hər il oxşar qəzalar baş verir.
Ən çox ölüm halları 2018-ci ildə qeydə
alınıb
.
Göstərilən il 9 süpürgəçi qadını maşın vuraraq öldürüb.