Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan

Источник: Turan.az

Başlıq: Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan

Bakıda mühakimə olunan Ermənistan vətəndaşlarına 20 il cəza tələbi

Vəkillər çıxış üçün vaxt istəyib

1993-2000-ci illərdə əsir düşmüş azərbaycanlılara Şuşa həbsxanasında və başqa yerlərdə işgəncə verməkdə ittiham olunan iki nəfər Ermənistan vətəndaşı - Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Onların işini araşdıran Bakı Hərbi Məhkəməsinin hakimləri iyulun 28-də bu barədə qərarı elan edib.

Yasamal Rayon Məhkəməsinin inzibati binasında hakim Elbəy Allahverdiyevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib. Prokuror deyib ki, ittihamda bəhs olunan əməllərin (işgəncələrin) törədilməsindən 30 ilə yaxın vaxt keçir, amma ittihamlar konkret faktlarla sübuta yetirilib. Dövlət ittihamçısı Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın hər birinin Azərbaycan Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 120 (qəsdən adam öldürmə) 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrupların tərkibində iştirak) 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və s. maddələrilə təqsirli bilinməsini istəyib. Təklif edib ki, ilk on ilini həbsxana rejimində, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə 20 il azadlıqdan məhrum edilsinlər.

Daha sonra vaxtilə əsirlikdə olmuş, hazırkı məhkəmə prosesində isə zərərçəkmiş qismində iştirak edən zərərçəkmişlər çıxış edib. Onlardan bir neçəsi təqsirləndirilən şəxslərə dövlət ittihamçısının istədiyi 20 illik cəzanı yüngül sayıb, onların ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

“Mən əsirlikdə olanda bu adamlara çox yalvarmışdım ki, adama elə işgəncə vermək olmaz. Onda əhəmiyyət verməmişdilər…”, - zərərçəkmiş Elman Hacıyev bildirib.

Vəkillər müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə prosesi avqustun 2-də davam edəcək. Vəkillərdən sonra təqsirləndirilən şəxslər son sözlərini deyəcəklər.

54 yaşlı Alyoşa Xosrovyan və 52 yaşlı Lüdvik Mkrtiçyan 44 günlük müharibə dövründə saxlanılıb. Onlar işgəncə vermə, qəsdən adam öldürmə və başqa ittihamları qəbul etmir. Yalnız Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə məsələsində özlərini təqsirli bilirlər. Məhkəmədə bildiriblər ki, zərərçəkmişləri tanımırlar, onlara heç vaxt işgəncə verməyiblər.

Zərərçəkmişlər isə iddia edirlər ki, vaxtilə Şuşa həbsxanasında təqsirləndirilən şəxslərin işgəncələrinə məruz qalıblar. Onların sözlərinə görə, həm Alyoşa Xosrovyan, həm də Lüdvik Mkrtiçyan Azərbaycan dilini yaxşı bilirdi.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/qqtp73

Самое читаемое