Bakıda: Görülən işlər və görünən yollar

Rəsulzadə qəsəbəsindəki yaşayış ərazisi

Rəsulzadə qəsəbəsindəki yaşayış ərazisi

"Azəravtoyol" ASC tərəfindən 2016-cı ilin 9 ayı ərzində uzunluğu 542,7 km olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub.

Respublika əhəmiyyətli - 299,0 km;
Yerli əhəmiyyətli - 180,5 km;
Bakı şəhər yolları -63,2 km.

Bu barədə məlumat "Azəravtoyol" ASC-nin rəsmi saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, Bakı şəhərində ümumi uzunluğu 63,2 kilometr 30-dan çox avtomobil yolu, prospekt və küçə yenidən qurulub və təmir olunub: "Bunlardan Binəqədi rayonu ərazisindəki Azadlıq prospektinin yenidən qurulması, Cəfər Xəndan və Musabəyov, Cəmşid Naxçıvanski küçəsinin təmiri, Nizami rayonunda Rüstəm Rüstəmov, Bəkir Çobanzadə, Nəsimi, Naxçıvani küçələri, Yasamal rayonunda Əhməd Cəmil, Xiyabani, Xətai rayonunda İlqar Zülfüqarov, Sadıqcan, Nərimanov rayonunda Arif Heydərov, Vladimir Mayakovski, Ə.Orucəliyev, Nəsimi rayonunda Hüseynbala Əliyev, Xəzər rayonunun Zirə qəsəbəsində Ağamalıoğlu, E.Babayev, Sərdarov, Mərdəkan qəsəbəsində Sergey Yesenin, Sabunçu rayonunda Savalan qəsəbəsində Mərkəzi küçə, Pirşağı bağları avtomobil yolu, Suraxanı rayonunun Əmircan qəsəbəsində Səttar Bəhlulzadə, Hövsan qəsəbəsində Bağça, Qaradağ rayonunun Sahil qəsəbəsində Zahid Qasımov, Emin Quliyev, Rövşən Rzayev, Lökbatan qəsəbəsində İntiqam Nəbiyev və 28 May, Səbail rayonunun Badamdar qəsəbəsində Ə.Nəzərov və s. küçələrin təmirini misal göstərmək olar.

Bundan əlavə, Bakı şəhərinin bütün inzibati rayonları ərazisində 247,2 min m2 sahədə cari təmir işləri yerinə yetirilib. Bu dövr ərzində ümumilikdə 708 min ton asfalt-beton istehsal edilib, 40,4 min ton bitum və 3,5 min ton mazut istifadə olunub.

Asfalt-beton qarışıqlarının keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tövsiyəsini nəzərə alaraq 62,2 ton bituma adgeziya qatqısı və İtaliya Respublikasından xüsusi polimer alınaraq əsasən asfalt-beton örtüyünün üst-aşınma layının tikintisində istifadə edilib".

Məlumatda o da deyilir ki, 2016-cı ilin 9 ayı ərzində prezident İlham Əliyev 14 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edib, tövsiyə və tapşırıqlarını verib.

Qurumun 2015-ci il hesabatında isə deyilir ki, yanvar-iyun ayları ərzində Bakı şəhəri üzrə yenidən qurulmuş avtomobil yollarının ümumi uzunluğu 62,9 kilometrdir. Yeni tikilmiş yolların uzunluğu isə 24,2 kilometrdir.
Bakı şəhəri üzrə tikilmiş körpü və tunellərin sayı 4 ədəddir. Onlardan 2-i körpü, 2-i isə tuneldir. 2015-ci ilin yanvar-iyun ayları ərzində "Azəryolservis" ASC tərəfindən Bakı şəhərində 6 ədəd yerüstü və yeraltı piyada keçidləri də inşa edilib.

"Azəryolservis" ASC tərəfindən avtomobil yollarının kənarlarının abadlaşdırılması və yaşıllaşdırılması istiqamətində yolların mühafizə zolaqlarında ümumilikdə 49523 ədəd ağac və dekorativ kol bitkiləri əkilib.

Qurum hesabatlarında bu işlərin görülməsi üçün nə qədər vəsaitin xərcləndiyini açıqlamır.

Meydan TV yağan qardan sonra Bakı küçələrindəki yolların vəziyyəti ilə maraqlanıb...

Xətai rayonu, Aşıq Ələsgər küçəsi

Xətai rayonu, Aşıq Ələsgər küçəsi

Villaların yerləşdiyi Aşıq Ələsgər küçəsində yollar çuxurlarla doludur

Villaların yerləşdiyi Aşıq Ələsgər küçəsində yollar çuxurlarla doludur

Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi

Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi

Binəqədi şossesi, döngə 1

Binəqədi şossesi, döngə 1

Binəqədi qəsəbəsindən mərkəzə gedən yol

Binəqədi qəsəbəsindən mərkəzə gedən yol

Beton Zavodunun yaxınlığında

Beton Zavodunun yaxınlığında

Təmir olunduğu deyilən yol

Təmir olunduğu deyilən yol

Rəsulzadə qəsəbəsinə gedən yol

Rəsulzadə qəsəbəsinə gedən yol

Binəqədidəki bu yamaqlı yollar yağış yağanda keçilməz olur

Binəqədidəki bu yamaqlı yollar yağış yağanda keçilməz olur

Bu qəsəbənin sakinləri havalar yağmurlu keçəndə yola çıxmaq istəmirlər

Bu qəsəbənin sakinləri havalar yağmurlu keçəndə yola çıxmaq istəmirlər

Rəsulzadə qəsəbəsindəki yaşayış ərazisi

Rəsulzadə qəsəbəsindəki yaşayış ərazisi

Bu ərazidə yaşayanlar evdən bayıra çıxa bilmirlər

Bu ərazidə yaşayanlar evdən bayıra çıxa bilmirlər

Binəqədinin təmir olunduğu deyilən yolları

Binəqədinin təmir olunduğu deyilən yolları

Şəhərin ən işlək yollarından biridir

Şəhərin ən işlək yollarından biridir

Yollar yamaqlarla doludur, həm də çöküm

Yollar yamaqlarla doludur, həm də çöküm

Nizami rayonu, Naxçıvanski küçəsi

Nizami rayonu, Naxçıvanski küçəsi

 

Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığındakı əsas yollardan biri

Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığındakı əsas yollardan biri

Xətai rayonu, Xudu Məmmədov küçəsi

Xətai rayonu, Xudu Məmmədov küçəsi

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/jvp76y

Самое читаемое