"Çelsi"-"Arsenal"

Источник: Google

Оглавление: "Çelsi"-"Arsenal"

Bakı finalı bizə nələri öyrətdi?

Статья обновлена:  4 Июнь 2019

UEFA Avropa Liqasının finalından Azərbaycan üçün çıxarılmalı olan nəticələr

Bakıda mayın 29-da UEFA Avropa Liqasının final oyunu keçirildi.

Artıq məlumdur ki, finalda Londonun “Çelsi” klubu həmin şəhərin digər klubu olan “Arsenal”a 4:1 hesabı ilə qalib gəldi. Final bitdi və indi nəticələr çıxarmaq zamanıdır.

Şübhəsiz ki, belə bir yarışın keçirilməsi ölkənin imici, dünyada tanıdılması üçüm vacibdir. Belə bir futbol oyunlarının təşkil edilməsi iqtisadi cəhətdən səmərəlidir. Nəzərə almaq lazımdır ki, lazımi infrastruktur, yəni standartlara cavab verən stadion, otellər, aeroport, iaşə obyektləri var.

Yəni köklü xərclər artıq çəkilib və bundan sonra təşkilati işlərə nisbətən az pul xərcləməklə gəlir əldə etmək olar.

Amma final oyunu bir sıra problemləri də ortaya çıxardı ki, bunların gələcəkdə belə bir yarışlara ev sahibliyi etmək üçün aradan qaldırılması lazımdır.

Onlardan ən vacibi Avropanın bir çox şəhərlərindən Bakıya birbaşa aviareyslərin olmamasıdır. Bakıya uçuşlarla bağlı problemlərin olması, qiymətlərin bahalılığı dəfələrlə yerli mediada tənqid mövzusu olsa da, bu sahədə heç bir irəliləyiş yoxdur. İnhisarçı “AZAL”ın siyasəti nəticəsində biletlərə qiymətlər yüksək olaraq qalır, dünyanın bir çox aviaşirkəti Bakıya gələ bilmir.

Final oyunu ilə bağlı isə uzun illərdir azərbaycanlıları narahat edən problem Avropa miqyasına qədər böyüdü. Finalın Bakıda keçirilməsi ilə bağlı əcnəbilərin UEFA-ya etirazlarından ən əsası da məhz bununla bağlı idi.

Mediada və sosial şəbəkələrdə məlumatlara əsasən, əcnəbi azarkeşlərin çoxu Bakıya Tbilisidən gəliblər. Yəni, Tbilisiyə olan çoxlu sayda birbaşa reyslərdən istifadə edən əcnəbilər, Gürcüstan paytaxtına gələrək, oradan Bakıya avtobus və ya qatarla çatıblar. Bu da Bakının xərc çəkib, ev sahibliyi etdiyi finaldan, Azərbaycanın yox, Gürcüstanın gəlir götürməsi ilə nəticələndi.

Düşünmək olar ki, bəlkə bundan sonra ölkə rəhbərliyi səviyyəsində “AZAL” şirkətinin yarıtmaz fəaliyyəti tənqidə məruz qalar və vəziyyətin dəyişdirilməsi üçün radikal addımlar atılar.

Digər bir məsələ “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan ətrafında baş verən proseslər oldu. Azərbaycanın tolerantlıq, multikultural, sülhsevər olması ilə bağlı uğurlu addımlar atıb, dünyaya özünü tanıtmaq üçün unikal bir vəziyyət yaranmışdı. Amma təəssüf ki, təbliğata məsul şəxslər bir sıra səhvlər buraxdılar.

Azərbaycan ən yüksək səviyyədə erməni futbolçunun təhlükəsizliyinə zəmanət versə də, Mxitaryan Bakıya gəlməkdən imtina etdi. Biz, əlimizdən gələn hər bir şeyi etdiyimizi düşündük və dünyanın bizi müdafiə edib, onu tənqid edəcəyini fikirləşdik. Amma bununla belə nəzərə almadıq ki, inteqrasiya etdiyimiz Avropa düşüncəsi fərqlidir və rəsmilər tərəfindən verilən zəmanətlər də, onları razı salmadı. Məsələ ondadır ki, Azərbaycan bu məsələdə Mxitaryan məsələsinə ilişərək, erməni milliyyətindən olan futbol azarkeşlərini yaddan çıxardı. Məlum məsələdir ki, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi səbəbi ilə mövcud olan münaqişə səbəbindən hər iki ölkə biri-birinin vətəndaşlarını öz ərazisinə buraxmır.

Kubok

Kubok

Источник: google.az

Azərbaycanda dünyanın başqa ölkələrinin də erməni əsilli vətəndaşlarının ölkəyə buraxılmaması qaydası var. Ayrı vaxtlar bu qaydalar başadüşülən olsa da, belə bir yarışın keçirilməsi günlərində bu qadağa ölkənin özünü sülhsevər göstərmək istəyinə mane oldu. Əgər futbol yarışı üçün Bakıya gəlmək istəyən ermənilərə münasibətdə qadağa müvəqqəti olaraq aradan qaldırılsaydı, Hexrix Mxitaryanın Bakıya gəlməməsi səbəbinin təhlükəsizliklə yox, siyasətlə bağlı olduğu hamıya tam aydın olardı. Rəsmi Bakı oyuna 2-3 ay qalmış ermənilərin Azərbaycana gəlib oyunu izləməkdə problemi olmayacağını elan etsəydi, futbol sahəsində dünyada tanınan bir neçə erməniyə şəxsi dəvət göndərsəydi, əlində çox güclü bir arqument olardı. İstənilən halda Azərbaycan icazə versəydi belə, Bakıya futbola baxmaq üçün gəlmək istəyən erməniləin sayı min nəfərdən artıq olmazdı. Belə adamlar üçün də xüsusi təhlükəsizlik qaydaları tərtib edib, onları mühafizə etmək olardı. Bəli, bu bir az əziyyətli olardı, amma bundan alına biləcək dividendlərin qiyməti olmazdı.

Digər bir məsələ Mxitaryan formasını geyinib, Bakıda gəzən azarkeşlərlə bağlı oldu. Məlumdur ki, bu, birbaşa təxribat idi və məqsəd də azərbaycanlıları qıcıqlandırıb, davaya təhrik etməkdi. Bunu özlərinin təşkil etdiyi video çəkmələrindən də aydın idi. Hər şey yaxşı ola bilərdi və həmin şəxslər istəklərinə nail olmaya bilərdilər, onlara yaxınlaşan polis olmasaydı. Anlamaq olmur, niyə polislərə əvvəldən göstəriş verilməyib ki, belə şəxsləri vizual nəzarətdə saxlayıb, onlara yaxınlaşmaq lazım deyil. Bəli, polis həmin şəxsləri çox qısa zamanda yolda saxlayır, zəng vurur və sonra da bildirir ki, yollarına davam edə bilərlər. Amma polisin həmin şəxslərə yaxınlaşması faktı kifayət etdi ki, bütün dünya mediası “Bakıda Mxitaryan maykası geyinən şəxslər polis tərəfindən saxlanılırlar” başlıqlı xəbərlər versin. Zənnimizcə, həmin polis nəfəri, ona belə bir göstəriş verən şəxs mütləq tənbeh edilməlidir.

Gələn il Bakıda Avropa Çempionatının dörd oyunu keçiriləcək. Mayın 29-da bir günlük yaşadığımız prosesləri 2020-ci ildə dörd dəfə yaşayacağıq. Avropa Liqasının finalı Azərbaycana gələn il ev sahibliyi edəcəyi oyunlar üçün hazırlıq baxımından yaxşı məktəb olmalıdır. Əgər indidən həmin səhvlərdən nəticə çıxarılmasa, 2020-ci ildən sonra Bakıya belə bir tədbirlərin verilməsi sual altında olacaq.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  4 Июнь 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/cg4bnd

Самое читаемое