Mühacirlər "Rhein-Zeitung" qəzetinin redaksiyası qarşısında

Источник: meydan tv

Оглавление: Mühacirlər "Rhein-Zeitung" qəzetinin redaksiyası qarşısında

Azərbaycanlı mühacirlər bu dəfə "Rhein-Zeitung" qəzetinin redaksiyası önünə toplaşdılar

Статья обновлена:  23 Август 2019

Aksiyada məqsədin alman mediasının diqqətini Azərbaycan çəkmək olduğu deyilir

Avqustun 23-də Almaniyadakı azərbaycanlı mühacirlər siyasi məhbuslara azadlıq tələbilə aksiya keçirib.

Aksiyanı "Demokratik Azərbaycanı Seç" (DAS) Təşkilatının fəalları təşkil edib. Piket Almaniyanın Koblenz şəhərində yerləşən "Rhein-Zeitung" qəzetinin qarşısında olub. Təşkilatçılardan Məmməd Qarayevin Meydan TV-yə verdiyi məlumata görə, aksiyada məqsəd alman mediasının diqqətini Azərbaycana yönəltməkdir:

“Məqsədimiz Almaniya cəmiyyətinin, KİV-in diqqətini Azərbaycanda insan hüquqlarının pozulmasına, ölkədə siyasi məhbusun olmasına yönəltməkdir. Alman dövləti və alman mətbuatı dünyada böyük təsirlərə malik olduğu üçün bu, çox əhəmiyyətlidir”.

Aksiya iştirakçıları düşünürlər ki, Azərbaycandakı problemlərin alman mediasında işiqlandırılması və alman cəmiyyətinə çatdırılması çox ciddi nəticələrin əldə edilməsinə gətirib çıxara bilər:

“Nəzərə alaq ki, media demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş problemlərinin işiqlandırılıb həll olunması baxımından əvəzsiz bir institutdur. Xüsusilə, Almaniya kimi inkişaf etmiş və söz sahibi olmuş ölkələrin mətbuat orqanlarının dünyəvi əhəmiyyəti var. Alman media orqanlarında Azərbaycan kimi avtoritar ölkələrin diqqət mərkəzində olması çox böyük təsirə malikdir,”- təşkilatçı deyib.

Aksiyaçılar düşünürlər ki, Azərbaycanda söz və mətbuat azadlığı, sərbəst toplaşmaq hüquqları, siyasi mübarizə üçün imkanlar məhdudlaşdırılıb:

“Bu gün Azərbaycanda siyasi və dini əqidəsinə görə 110 nəfərdən artıq siyasi məhbus var. Ölkədə siyasi aktiv insanlara qarşı təqib və təhdidlər davam edir. Hər ay bir neçə şəxs saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edilir. Bundan başqa, siyasi siafarişlə həbs olunan insanlar cəzaçəkmə müəssələrində mənəvi, psixoloji və fiziki işgəncəyə məruz qalırlar”, - deyə Məmməd Qarayev bildirir.

O əlavə edir ki, Azərbaycanda avtoritar hakimiyyət demokratik islahatlar aparıb, vətəndaşların inamını qazanmaq yerinə, insanları qorxu altında saxlayır və bu yolla korrupsiya, məmur özbaşınalığı, pis idarəetmə haqqında informasiyanın yayılmasına mane olur.

Aksiya iştirakçıları bəyan ediblər ki, Sərhədsiz Reportyorlar təşkilatının hesabatına əsasən, Azərbaycan ifadə azadlığı üzrə 180 ölkə arasında 166-cı, Beynəlxalq Şəffaflıq Təşkilatının Korrupsiya Qavrama İndeksinə görə 180 ölkə arasında 152-ci yerdədir.

Mitinqdə digər DAS üzvləri Rövşən Cabbarov, Babək Allahverdiyev, Alış Abdullayev, Elşən Abdullayev, Raul Qurbanov, İntiqam Xudiyev, Ramin Əhmədov, Aqşin Hacıyev, Nadir Rzayev və Murad Həmidov çıxış ediblər.

“Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyası iyunun 28-də başladılıb. Bu məqsədlə ilk olaraq Almaniyanın Dortmund, Essen, Passau, Trier şəhərlərində yerləşən, tirajlı alman media orqanlarının önündə aksiyalar keçirilib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  23 Август 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/rasogn

Самое читаемое