Kamran Ağabalayev

Источник: Foto: Meydan tv

Başlıq: Kamran Ağabalayev

Azərbaycanlı aktyor prezidentə müraciət edib

“Yerli kino sahəsində böyük böhran yaşanır”

Kinoaktyor Kamran Ağabalayev prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva və mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət edib.

Kinoaktyor “Facebook” səhifəsində paylaşdığı müraciətində Azərbaycan kino sahəsindəki boşluqlara toxunub. Diqqətə çatdırıb ki, 1990-cı ildən bu yana yerli kino sahəsində böyük bir böhran yaşanır.

Paytaxtda yeganə kinoteatr “Nizami” Kino Mərkəzidir. Kinoteatr daxil olmaqla, əyləncə mərkəzlərində yerləşən kino salonlarında tətbiq olunan prokat sistemi, filmlərin biletlərinin baha olması, tamaşaçılarla yanaşı, rejissor və prodüserlərin də işinə əngəl törədir:

“Dünya kino sənayesi sürətlə inkişaf edir, biz isə qlobal kino mühitində gedən proseslərlərdən kənarda qalırıq, bu sahəni hələ də lazımınca formalaşdıra bilmirik.

Məsələ ilə bağlı illərdir Mədəniyyət Nazirliyində, Milli Məclisdə və ictimaiyyət arasında müzakirələr aparılaraq islahatla bağlı təkliflər irəli sürülsə də, prosesi dəyişəcək heç bir uğurlu nəticə yoxdur. Bu gün Azərbaycanda dövlət sifarişi ilə istehsal olunan, yaxud az büdcə ilə müstəqil çəkilən bir neçə filmin dünyadakı festivallarda nümayişi epizodik xarakter daşıyır və ölkəmizdə bu sahənin formalaşmasına, kino adamlarının hamısına bərabər şərtlər təmin edilməsinə heç bir təsiri yoxdur.

Hazırda ölkəmizdə kinoteatr adına yalnız ticarət mərkəzlərində yerləşən kinosalonlar və Mədəniyyət Nazirliyinin balansında olan yeganə kinoteatr “Nizami” Kino Mərkəzi fəaliyyət göstərir ki, onların hamısı çoxbüdcəli yerli və xarici kommersiya filmlərinin nümayişlərindən, bilet satışlarından gəlir əldə edir.

Bu cür prokat sistemi isə əhalini kinodan uzaqlaşdırmaqla yanaşı, fərqli üslubda film çəkənlərin platformasızlığına, həm də ölkəmizdəki istedadlı prodüserlərin, rejissorların və digər sənət adamlarının çarəsiz vəziyyətə düşməsinə səbəb olur.

Bütün bunları dəyişdirmək üçün biz bir qrup kino adamları aşağıda qeyd etdiyimiz “az büdcəli filmlərin kino industriyası modeli”nin Azərbaycanda tətbiqini istəyirik. Avropa ölkələrinində illər əvvəl tətbiq olunmuş, indi hətta kino industriyası böyük olmayan Myanmar, Efiopiya, Qana kimi ölkələrdə tətbiq olunan və uğurlu nəticələr verən bu model çox asan və sadədir, tətbiqi isə aşağıdakı formadadır:

  1. Kino adamlarının istədikləri texniki imkan və heyət ilə məkanlarda çəkiliş etmələrinə heç bir əngəl törədilməməsi təmin edilsin. Yalnız səlahiyyətli orqanlara çəkiliş ediləcəyi barədə xəbərdarlıq məktubu ünvanlansın və həmin məktubun surəti çəkiliş vaxtı prodüserdə olsun. Bundan əlavə olaraq çəkiliş üçün icazə alınmasın, polis və digər mühafizə orqanları tərəfindən yaradıcı prosesə, çəkilişlərə müdaxilələrə ehtiyac qalmasın. Dövlət obyektləri və özəl obyektlər kinomuza dəstək naminə kino adamlarına yardımlarını əsirgəməsin.
  2. “Nizami” Kino Mərkəzində gənclərin azbüdcəli və ya büdcəsəsiz, hətta zəif texniki imkanlarla ərsəyə gətirdikləri, lakin bədii baxımından keyfiyyətli filmlərin nümayişlərinə simvolik bilet qiymətləri ilə (2-3 manat) imkan yaradılmasına, sözügedən filmlərin afişaları mərkəzin qarşısında asılmasına, filmlərin 3-4 həftə müddətində proqramda saxlanılmasına şərait yaradılsın.

“Nizami” Kino Mərkəzi filmlərin nümayişindən gəlir istəməsin. Yalnız simvolik olaraq hər büdcəsiz filmin bilet satışından əldə olunan gəlirin 3%-inin mərkəzə verilməsinə razı olsun.

  1. Filmlərin “Nizami” Kino Mərkəzində nümayişi ilə bağlı icazə verilməsinə və ya yaş həddinin qoyulması mərkəzin rəhbərliyi tərəfindən həyata keçirilməsinə imkan yaradılsın. Azərbaycan Resublikasının Konstitusiyasında qoyulmuş qadağalardan - dini, irqi, cinsi ayrıseçkilik, ekstermist çağırışlar və təbliğatlar - əlavə bir şərt qoyulmasın. Filmlərin texniki keyfiyyəti nəzərə alınmasın.

Azbüdcəli və büdcəsiz filmlərin təməl məqsədi ölkədə kino sənayesini formalaşdırmaq və insanları sənət baxımından daha keyfiyyətli kinoya yönləndirmək olduğundan qazanılan məbləğ şübhə predmeti olmasın.

Qeyd etdiyimiz bəndlərdə ticarət mərkəzlərindəki kinozalların və yerli kommersiya filmlərinin gəlirlərinə qarışmamaq üçün büdcəsiz filmlərin nümayiş məkanı kimi “Nizami” Kino Mərkəzini seçmişik. Buna baxmayaraq istənilən kinoteatr məkanının siz tərəfdən bizə təklif olunmasına da razıyıq. Eyni zamanda, mərkəz hazırda paytaxtda sırf kinoteatr ənənəsini daşıyan yeganə məkandır və təklif etdiyimiz nümayişlərin orda keçirilməsi yaradıcılıqla məşğul olan gənclərin, kino adamlarının müzakirələr apardığı yerə çevrilməsinə şərait yaradacaqdır”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/s4nmps

Самое читаемое