Bir gündə 2 xəstə vəfat edib
Avqustun 10-da Azərbaycanda 79 adam COVID-19 infeksiyasına yoluxub, 278 nəfər müalicə olunaraq evə buraxılıb, 2 xəstə ölüb.
Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda indiyədək 33 647 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 30 642 nəfər müalicə olunaraq sağalıb, 492 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2 513 nəfərdir”.
Operativ qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 015, ötən müddətdə isə ümumilikdə 790 141 testin aparıldığını qeyd edib.