Bakı şəhəri, sükut anı

Источник: Azərtac

Başlıq: Bakı şəhəri, sükut anı

Azərbaycanda sükut anı keçirilib

Müharibədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib

44 gün davam edən II Qarabağ müharibəsi ilə bağlı Azərbaycanda sükut anı keçirilib. Belə ki, dekarın 4-də saat 12:00-da ölkənin bütün ərazisində müharibədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sükut Azərbaycanda elan olunan Anım Günü ilə əlaqədar keçirilib.

Ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb, Bakı Dəniz Limanında gəmilər, paytaxt və rayonlarda avtomobillər siqnallar verib.

"Report.az" xəbər verir ki, dini ibadətgahlarda da (məscidlər, kilsələr, sinaqoqlarda) anım mərasimləri təşkil olunub.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Müdafiə Nazirliyinin rəsmi yaydığı məlumata görə, müharibədə Azərbaycan Silahlı Qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak olub.

Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçu isə itkin düşmüş hesab olunur.

Nazirlik onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlərin gördüyünü açıqlayıb.

Bildirilir ki, hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/817q6h

Самое читаемое