Azərbaycanda koronavirusa yoluxan 2 nəfər ölüb

Ölkədə koronavirus infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Source: Архив


Koronavirusa 65 yeni yoluxma faktı qeydə alınıb


Nazirlər Kabineti

yanında Operativ Qərargahın məlumatına görə, mayın 13-də Azərbaycanda koronavirusa yoluxan 2 nəfər ölüb.

Ölənlər 1949-cu il və 1961-ci il təvəllüdlü olublar.

Ölkədə koronavirus infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək Azərbaycanda 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1789 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 208 min 546 test aparılıb.

Ana səhifəSosialAzərbaycanda koronavirusa yoluxan 2 nəfər ölüb