Azərbaycanda koronavirusa 203 yeni yoluxma

”Hazırda aktiv xəstə sayı 5939 nəfərdir”.

Source: Meydan TV


Operativ Qərargah: "8 nəfər vəfat edib"

Mayın 26-da Azərbaycanda 203 nəfər COVİD-19 infeksiyasına yoluxub, 596 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, analiz nümunələri müsbət çıxan 8 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 333 097 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 322 273 nəfər müalicə olunaraq sağalıb, 4 885 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 5939 nəfərdir".

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8397, bu günə qədər isə ümumilikdə 3 477 012 testin icra olunduğunu qeyd edib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa 203 yeni yoluxma