Azərbaycanda koronavirus: 22 nəfər vəfat edib

“740 yeni yoluxma faktı qeydə alınıb”

Source: Meydan TV


“740 yeni yoluxma faktı qeydə alınıb”

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 740 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb

Bildirilir ki, 2442 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 473 459 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: “Onlardan 436 537 nəfər müalicə olunaraq sağalıb, 6 327 nəfər vəfat edib, aktiv xəstə sayı 30 595 nəfərdir”.

Məlumatda qeyd olunur ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 103, ötən müddət ərzində isə ümumilikdə 4 751 264 test aparılıb.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: 22 nəfər vəfat edib