“1128 nəfər COVİD-19 infeksiyasına yoluxub”

“Aktiv xəstə sayı 25 min 657 nəfərdir”.

Mənbə: Meydan TV


"21 xəstə vəfat edib"

Sentyabrın 24-də Azərbaycanda 1128 adam COVİD-19 infeksiyasına yoluxub, 2590 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, son sutkada analiz nümunələri müsbət çıxan 21 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 478 min 715 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 446 min 643 nəfər müalicə olunaraq sağalıb, 6 min 415 pasiyent ölüb. Aktiv xəstə sayı 25 min 657 nəfərdir".

Məlumata görə, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 505, bu günə qədər isə 4 milyon 802 min 229 testin icra olunduğu vurğulanıb.

Ana səhifəSağlıq“1128 nəfər COVİD-19 infeksiyasına yoluxub”