Azərbaycanda koronavirus: 20 nəfər vəfat edib

“Aktiv xəstə sayı 21 337 nəfərdir”.

Source: Meydan TV


Operativ Qərargah: “2005 yeni yoluxma qeydə alınıb”

Oktyabrın 20-də Azərbaycanda 2005 nəfər COVID-19 infeksiyasına yoluxub, 1011 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 20 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 509 862 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 481 696 nəfər müalicə olunaraq sağalıb, 6 829 pasiyent ölüb. Aktiv xəstə sayı 21 337 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 533, ötən müddətdə isə 5 069 352 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 20 nəfər vəfat edib