Azərbaycanda koronavirus: 156 yoluxma, 7 ölüm

“Bugünkü test sayı isə 5546-dır”.

Foto: Meydan TV


“424 nəfər müalicə olunaraq sağalıb”

Mayın 24-də Azərbaycanda 156 adam COVİD-19 infeksiyasına yoluxub, 424 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 7 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 332 min 610 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 321 min 132 nəfər müalicə olunaraq sağalıb, 4867 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 6611 nəfərdir".

O cümlədən, ötən müddətdə 3 milyon 458 min 790 testin aparıldığı göstərilib: “Bugünkü test sayı isə 5546-dır".

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 156 yoluxma, 7 ölüm