"Hazırda aktiv xəstə sayı 4854 nəfərdir"
Mayın 30-da Azərbaycanda 141 adam COVİD-19 infeksiyasına yoluxub, 486 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 4 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 333 min 864 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 324 min 103 nəfər müalicə olunaraq sağalıb, 4907 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 4854 nəfərdir".
Qərargah ötən müddətdə 3 milyon 509 min 174 testin aparıldığını göstərib:
"Bugünkü test sayı isə 5535-dir".