Azərbaycanda ''Greencard'' üçün 50 mindən çox müraciət var

Bəxtiyar Hacıyev: ''Gənclər özlərinin gələcəyini vətəndaşı olduqları ölkədə görə bilmirlər, ona görə də qürbətə, başqa ölkələrə miqrasiyaya üstünlük verirlər'' 

“Bu il “Greencard” vəsiqəsini almaq üçün şirkətə 50 mindən çox müraciət daxil olub”.

Bunu “Modern.az” saytına açıqlamasında “Greencard.az” şirkətinin mütəxəssisi Royal Cəfərov deyib

2019-cu ilin “Greencard” üçün qeydiyyat dövrü 18 oktyabr tarixində başlayıb, 22 noyabrda bitib. Proqramının nəticələri bu il, mayın 15-də elan olunub.

“Greencard”ın qalibi olan şəxs tək və ya ailəsi (həyat yoldaşı və uşaqlar) ilə birgə vətəndaşlığını itirmədən Amerikada daimi yaşamaq, oxumaq və işləmək şansı əldə edir. Bu lotereya ildə yalnız bir dəfə keçirilir və proqrama 11 illik orta məktəb təhsili olan hər kəs müraciət edə bilər.

“Greencard” sahibi olan hər kəs Amerika vətəndaşları ilə eyni hüquqa malik olur.

Əcnəbilərə ABŞ-da yaşamaq və işləmək izni verən “Greencard” lotereyası almaq üçün müraciət edən şəxslərlə bağlı nəticələr hələ tam açıqlanmadığından nə qədər şəxsin lotereya qalibi olduğu bəlli deyil.

“Hər il Azərbaycandan müraciət edən təxminən 300-500 nəfər “Greencard” qalibi olur. Bu il bu rəqəmin 700-800 olması gözlənilir. Nəzərə alsaq ki, təxminən, hər 100 nəfərdən yalnız 1- “Greencard” qazanır, deməli, ayrılan yer üçün müraciət sayı çox azdır. Həmişə olduğu kimi, bu il də müraciət edənlərin əksəriyyəti 18-24 yaş aralığında olan subay gənclərdir”- mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, yekun nəticə üçün zaman lazımdır?

“Həmin şəxslərin bir hissəsinin adı bu gün günün sonuna qədər, bir hissəsininki isə sabah məlum olacaq və yayımlanacaq”.
Bu il qalib olmuş şəxslər isə 2019-cu ilin oktyabr ayına qədər ABŞ səfirliyindən vizalarını ala biləcəklər.

Harvard məzunu Bəxtiyar Hacıyev Meydan TV-yə deyib ki, əvvəlki illərdən bu il müraciət edənlərin çox olmasının iki səbəbi var:

"Birincisi, ildən-ilə bu proqram haqqında məlumatların daha da geniş yayılması, sosial şəbəkələrdə müzakirələrin təsiri ilə daha çox insanın müraciət etməsidir. İkinci səbəb isə Azərbaycanda təhsil almış, öz sahəsinə görə iş tapa bilməyən, yaxud müxtəlif imkanlardan məhrum edilmiş, ölkədəki hüquq və azadlıqların boğulmasından narahat olan, buna görə də birdəfəlik başqa bir ölkəyə miqrasiya haqqında düşünən insanların artmasıdır".

Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev

O, sayın artmasında ikinci faktorun əsas rol oynadığını düşünür:

"Bu, təkcə "Green Card" lotoreya proqramı vasitəsi ilə və qanuni miqrasiyada yox, müxtəlif yollarla, hətta, qeyri-qanuni olaraq da miqrasiya etmək istəyənlərin sayında müşahidə olunur. Gənclər özlərinin gələcəyini vətəndaşı olduqları ölkədə görə bilmirlər, ona görə də qürbətə, başqa ölkələrə miqrasiyaya üstünlük verirlər".

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/oj7p2r

Самое читаемое