Azərbaycanda daha 158 nəfərdə koronavirus aşkarlanıb

Eyni zamanda, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 226 005 testin aparıldığı qeyd edilib.

Source: Reuters


58 nəfər müalicə olunaraq evə buraxılıb

Mayın 16-da Azərbaycanda 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda hazırda 3 138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 944 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər ölüb, 1 158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Eyni zamanda, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 226 005 testin aparıldığı qeyd edilib.

Ana səhifəSosialAzərbaycanda daha 158 nəfərdə koronavirus aşkarlanıb