Azərbaycanda bir neçə şəhərdə bağçalar bağlanır

Qərarın aprelin 5-də qüvvəyə minəcəyi bildirilir

Source: sputnik.az


Qərarın aprelin 5-də qüvvəyə minəcəyi bildirilir

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən bağçalar bağlanır.

“Report”un məlumatına əsasən, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, aprelin 5-dən etibarən qeyd olunan ərazilərdə yerləşən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti dayandırılır.

Aprelin 5-dən həmçinin Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda məktəblər də

bağlanır.

Ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək. Bir neçə şəhərdə məktəblər yenə bağlanır.

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.

Ana səhifəXəbərlərAzərbaycanda bir neçə şəhərdə bağçalar bağlanır