Azərbaycanda bir gündə COVİD-19-a yoluxanın sayı 78 oldu

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9952, ötən müddətdə isə 3802992 testin aparıldığı vurğulanıb.

Source: Meydan TV


Son sutkada virusdan ölən yoxdur

İyulun 6-da Azərbaycanda 78 nəfər COVID-19 infeksiyasına yoluxub, 47 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qərargah son sutkada yeni koronavirusdan ölüm halı qeydə alınmadığını bildirib.

Operativ Qərargah Azərbaycanda indiyədək 336557 nəfərin COVİD-19 infeksiyasına yoluxduğunu göstərib:

"Onlardan 330513 nəfər müalicə olunaraq sağalıb, 4978 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1066 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9952, ötən müddətdə isə 3802992 testin aparıldığı vurğulanıb.

Ana səhifəSağlıqAzərbaycanda bir gündə COVİD-19-a yoluxanın sayı 78 oldu