Azərbaycanda 31 nəfərin “Delta” ştammına yoluxduğu açıqlandı

“Arzu edək ki, bizim ölkəmizdə pandemiya ilə bağlı vəziyyət indiki şəkildə davam etsin”.

Source: Specify Source


"Virusun yeni və təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır"

Azərbaycanda xaricdən gələn şəxslərdən alınmış nümunələrin 31-də koronavirusun B.1.617 (Delta) variantı aşkar olunub.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat

yayıb

.

Bildirilir ki, araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınan nümunələrin 31-də B.1.617 (Delta) variantı, 9-da isə B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar edilib.

Açıqlamada qeyd olunur ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır: "Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Ona görə də bir daha bütün vətəndaşlarımızı vaxt itirmədən vaksinasiya olunmağa çağırırıq".

Hər üç qurum bəyan edib ki, bir ildən uzun müddətdir davam edən SARS-CoV-2 pandemiyası bütün dünyada mühüm səhiyyə problemi olmaqla birlikdə sosial və iqtisadi cəhətdən də ciddi çətinliklər yaradıb: "SARS-CoV-2 infeksiyasına qarşı aparılan tədbirlər, peyvəndlənmənin təşkili və effektivliyinin öyrənilməsi baxımından ölkəmiz dünyada ön sıralardadır. Koronavirusların mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni variantlar bütün dünyada ciddi narahatlıq doğurur. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır. Unutmamalıyıq ki, vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın, dünyada və ölkəmizdə normal həyata qayıtmağın yeganə yoludur".

1625223168127839053_1000x669.jpg
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Milli Məclisin deputatı, həkim Rəşad Mahmudov "

demokrat.az

" saytına bildirib ki, yaxın qonşular – Rusiya, İran, Gürcüstan və Türkiyədə “Delta” və “Delta+” virusunun tüğyan etməsi hər bir səhiyyə işçisini narahat edir: "Ümumdünya Səhiyyə Təşkilatının mayın sonunda keçirilən toplantısında həyəcan təbili çalındı və dünya ölkələri hazırlıqlı olmağa dəvət edildi. Arzu edək ki, bizim ölkəmizdə pandemiya ilə bağlı vəziyyət indiki şəkildə davam etsin. Amma epidemoloji tarix və bildiklərimiz bizə diktə edir ki, belə hadisələrə hazır olmaq məsuliyyəti daşıyırıq”.

Rəşad Mahmudov səhiyyə sisteminin COVİD-19-un yeni dalğasına qarşı hazırlıqlar gördüyünü də vurğulayıb: "Əlbəttə, burada dövlətin gördüyü işləri müsbət qiymətləndirmək lazımdır. Ancaq həm də nəzərə alınmalıdır ki, hər şey cəmiyyətin epidemeloji vəziyyətə olan münasibətilə başlayır. Artıq ilyarımlıq təcrübə göstərir ki, dünya ölkələri bu vəziyyətdə və böyük dalğalar qarşısında ciddi qapanmalara getməyəcəklər. Ancaq bunun yerinə daha əvvəl bilinməyənləri bu gün bilirik. Cəmiyyətin hər bir üzvünün ayrı-ayrılıqda və kütləvi şəkildə bu məsələyə olan münasibəti əsas gedişata, xüsusilə virusun alovlanması zamanı hadisənin nəzarətdə saxlanılmasına kömək edən vasitədir. Arzu edirəm ki, belə hallar ölkəmizdə olmasın, ancaq hər an ola biləcək dalğalara hazır olmalıyıq".

Ana səhifəSağlıqAzərbaycanda 31 nəfərin “Delta” ştammına yoluxduğu açıqlandı