Azərbaycanda 2457 nəfər virusa yoluxub

“Bugünkü test sayı isə 14254-dür”.

Source: Meydan TV


34 nəfər vəfat edib

Aprelin 13-də Azərbaycanda 2457 nəfər COVİD-19 infeksiyasına yoluxub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, 2002 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 289 min 601 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 253 min 762 nəfər müalicə olunaraq sağalıb, 3978 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 31861 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 3 milyon 40 min 386 testin aparıldığı vurğulanıb: "Bugünkü test sayı isə 14254-dür".

Ana səhifəSağlıqAzərbaycanda 2457 nəfər virusa yoluxub