Azərbaycan-İran sərhədini pozmaq istəyən şəxs öldürülüb

“Sərhəd naryadı tərəfindən silah tətbiq olunmuş, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb”

Foto: DSX


“Hadisə yerində silah bə narkotikə bənzər vasitə aşkar edilib”

Beyləqan rayonunun Aşağı Çəmənli kəndi yaxınlığında iyunun 29-da saat 23:50 radələrində 2 naməlum şəxs sərhədi pozmaq və İran İslam Respublikasından Azərbaycana keçmək istəyiblər.

Bu barədə Dövlət Sərhəd Xidmətinin yaydığı

məlumat

da deyilir. Sərhəd pozucularının silahlı və üzərlərində 2 ədəd kisə olduqları qeyd edilib.

DSX bildirib ki, sərhədçilər xəbərdarlıq atəşi açsalar da, pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər:

“Sərhəd naryadı tərəfindən silah tətbiq olunmuş, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçıb”.

DSX əraziyə baxış zaman 1 ədəd lüləsi kəsilmiş tüfəngin, 2 ədəd kisədə təxmini çəkisi 33 kq olan narkotikə bənzər maddə aşkar edildiyini bildirib.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

Ana səhifəSiyasətAzərbaycan-İran sərhədini pozmaq istəyən şəxs öldürülüb