Источник: AŞPA

Azərbaycan AŞPA-da Rusiyanı müdafiə edib

Статья обновлена:  25 Июнь 2019

Strasburqda iyunun 24-də doqquzsaatlıq müzakirələrdən sonra Avropa Şurası Parlament Assambleyası Rusiyanın quruma qayıtmasına imkan verən qətnaməni təsdiqləyib.

“Turan” agentliyinin məlumatına görə, Reqlament Komitəsinin hazırladığı qətnamənin mətnində deyilir ki, assambleyada səsvermə, çıxışlar və onun orqanlarında təmsilçilik hüququ dayandırılmamalıdır. Sənədin müəllifi, belçikalı deputat Petra de Sutterdir.

Gürcüstan KİV-in məlumatına görə, Gürcüstan və Ukrayna nümayəndə heyətləri tam tərkibdə qətnamənin əleyhinə səs veriblər. Həmçinin Polşa, Litva, Latviya, Böyük Britaniya, Estoniya və İsveç nümayəndə heyətlərinin üzvlərinin çoxu sənədin əleyhinə səs verib.

Sənədi tam tərkibdə Fransa, İtaliya, Avstriya, Azərbaycan, Kipr, İspaniya, İslandiya, İrlandiya, Norveç, Portuqaliya, Serbiya, San-Marino və Türkiyə nümayəndə heyətləri dəstəkləyiblər.

Ermənistan, Belçika, İsveçrə, Çexiya, Moldova, Rumıniya, Danimarka, Almaniya, Niderland, Finlandiya, Xorvatiya nümayəndə heyətlərinin bir hissəsi də Rusiyanın AŞPA-ya qayıtmasını dəstəkləyib.

Nəticə etibarilə qətnaməni 118 deputat dəstəkləyib, 62-i əleyhinə olub, 10-u bitərəf qalıb.

Krımın 2014-cü ildə ilhaqından sonra Rusiya AŞPA-da səsvermə, nümayəndələrinin çıxışı hüququndan məhrum edilmişdi.

Rusiyanın AŞPA-ya qayıtmasının Azərbaycan tərəfindən dəstəklənməsi Bakı və Kiyevin münasibətlərinə mənfi təsir göstərməyəcəyini Meydan TV-yə açıqlayan siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, dövlətlərarası münasibətlər praqmatik əsasda qurulur:

“Məsələ ondadır ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, Krımın ilhaq olduğunu deyir, Donbas və Luqansdakı hadisələrlə bağlı Kiyevin mövqeyini dəstəkləyir. Bəli, Bakı Moskva ilə münasibətləri gərginləşdirmək istəmir, digər tərəfdən, Azərbaycan hökumətinin tutarlı arqumenti odur ki, oxşar situasiyalarda AŞ PA tamamilə fərqli hərəkətlər edib. Məsələn, Ermənistan və ya Gürcüstanla bağlı işğal faktları haqda ciddi addımlar atmayıb”.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Источник: Meydan.TV

Amma R.Mirqədirov AŞ PA-nin qətnaməsini xoşagələn saymır:

“Əslində, məsələ təcavüzkarın şirnikləndirilməsidir. Sanksiyaları götürmək üçün heç bir addım atılmadı, hətta minimal addım da atılmadı. Gərək, daha sərt qərar verilməli idi”.

REAL Partiyasının Məclis Başqanı Azər Qasımlı düşünür ki, qətnamənin qəbulu hələ son deyil, çünki əleyhinə olan deputatlar da var:

“Məhz, buna görə komissiya yaradılıb və komissiya araşdırıb qərar verəcək. Bu qurumun da təsiri olacaq. Amma ümumən götürdükdə, sevindirici hal deyil. Çünki Krım Rusiyanın işğalı altındadır və Ukraynaya qaytarılması istiqamətində heç nə yoxdur. Belə olanda AŞ PA-ın öz qərarına diqqətsizliyi yaxşı hal deyil. Məhz bunun nəticəsində Azərbaycan kimi ölkələr üzərilərinə götürdükləri öhdəlkikləri yerinə yetirmirlər. Görünür, AŞ PA-ya maliyyə lazımdır, həmin maliyyəni verən ölkələrdən biri də Rusiyadır. Təəssüf ki, AŞ PA öz dəyərlərini təslim etdi”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  25 Июнь 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/701es1

Самое читаемое