Azər Qasımlının ölkədən çıxışına qoyulan qadağa aradan qaldırıldı

Azər Qasımlının ölkədən çıxışına 2016-cı ildən qadağa qoyulmuşdu.

Foto: Azər Qasımlının şəxsi arxivindən


''Görünür, Dunya Miyatoviçin, Stefan Şennakın və Donald Tuskun Bakıya səfərlərinin təsiri olub''

Nəsimi Rayon Məhkəməsi iyulun 12-də Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin ReAL Partiyasının Məclis başqanı Azər Qasımlının ölkədən çıxışına qoyulan qadağanı ləğv edən qərar çıxarıb.

Prosesin hakimi Babək Pənahov olub.

Bu barədə Azər Qasımlı Meydan TV-yə danışıb.

Azər Qasımlı qərarın onun üçün gözlənilməz olduğunu bildirib:

“Avropa Məhkəməsinin qərarı olduğundan müəyyən gözləntilərim var idi. Digər tərəfdən hökumət prosesi uzatmaq istəsə idi, Avropa Məhkəməsinin qərarından şikayət verərdi, amma bunu etmədi. Görünür, Dunya Miyatoviçin, Stefan Şennakın və Donald Tuskun Bakıya səfərlərinin təsiri olub. Sadəcə, bugünkü iclasda 5 dəqiqə ərzində belə qərarın olacağını gözləmirdim. Təsəvvür edin ki, bu gün beşinci məhkəmə iclası idi. Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin nümayəndəsi isə yenə gəlmədi”.

Azər Qasımlının ölkədən çıxışına 2016-cı ildən qadağa qoyulmuşdu.

Ana səhifəXəbərlərAzər Qasımlının ölkədən çıxışına qoyulan qadağa aradan qaldırıldı