AZAL: Ağdam, Füzuli və Xankəndidə yerləşən hava limanları beynəlxalq reyestrə salınacaq

“Mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkib və tam dağılıb”

Source: google.az


"Mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkib və tam dağılıb"

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha altı hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də azad edilmiş ərazilərdə – Ağdam, Füzuli və Xankəndidə yerləşən hava limanları da daxil olacaq.

Həmçinin bildirilib k, hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

Sənəddə qeyd edilir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət Çikaqo konvensiyasının (ICAO-nin 7300 nömrəli sənədi) prinsiplərinə uyğun olaraq AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib. Bu məsuliyyət hədləri ICAO Şurası tərəfindən təsdiq edilib və Azərbaycanın suveren ərazilərinə müvafiqdir.

Məlumatda qeyd edilib ki, işğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olub. Həmin ərazidəki mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkib və tam dağılıb.

Ana səhifəXəbərlərAZAL: Ağdam, Füzuli və Xankəndidə yerləşən hava limanları beynəlxalq reyestrə salınacaq