Seymur Həzi

Источник: Meydan TV

Başlıq: Seymur Həzi

Ayvazyanın "dəhliz mesajları"

Korridor keçmək üçün yox, “seçmək” üçün lazımdır

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan deyib ki, Azərbaycanla kommunikasiyaların açılaması Rusiya ilə lojistik əlaqələrin zənginləşməsinə kömək edəcək.Bir müddət öncə isə İlham Əliyev Zəngəzur dəhlizini lazım gəlsə, zorla açacaqlarını deyirdi. Bu hədələrdən sonra Ermənistan XİN rəhbərinin bu açıqlaması prosesə yeni rəng qatıb. Maraqlıdır, belə olan halda Ermənistan diplomatiyası nəyi hədəfləyir?

Qərb çox arxayın olmamalıdır

Ermənilər indi mühüm seçim anındadırlar. Onların növbəti seçkidə verəcəkləri qərar və formalaşdıracaqları hökumət regionun taleyinə təsirsiz ötüşməyəcək. İndi bu məsələ ermənilərin özlərinə yeni hökumət seçmələrindən daha çox, Cənubi Qafqazın daha bir ölkəsinin geosiyasi seçim etməsidir. Yəni bölgədə balansın hansı tərəfə dəyişəcəyinin seçkisi gedir. Bu seçkinin nəticəsinə görə Qərb və Rusiyanın bölgədəki siyasəti yeni forma və məzmun alacaq.

Yeri gəlmişkən, kimin seçilməsindən asılı olmayaraq yeni siyasi şəraitin formalaşacağı qaçılmazdır, çünki yeni vəziyyəti bürokratik saraylar deyil siyasiləşmiş kütlələr təyin edəcək və onların istəkləri bütün hallarda əvvəlki vəziyyətin dəyişməsi yönündə olacaq. Bu mənada Ayvazyanın məhz “Rusiya ilə lojistik əlaqələrin diversifikasiyasi” ifadəsini işlətməsi təsadüfi deyil. O, Qərbə mesaj vermək istəyir ki, çox da arxayın olmaq olmaz, yəni Ermənistanı tətmin etmək lazımdır. Çünki bizim hələ Rusiyaya açılacaq çox qapımız var.

Rusiya çox narahat olmamalıdır

Ayvazyan eyni cümlə ilə Rusiyaya da mesaj verir. O, Kremli arxayın etmək istəyir ki, Ermənistan hökuməti ideoloji məsələdə Kremllə yaxın olmasa da bir çox mənafeləri Moskva ilə uzlaşır. Bunlardan biri də elə Azərbaycan üzərindən əldə edilən kommunikasiya dəhlizidir. Bu isə o deməkdir ki, Ermənistanın indiki hökuməti bütün ümidlərini Qərbə bağlamayıb. Bu isə əslində İrəvandakı seçkini tam uduzmaq riski olan Kremlin aqressiv addımlara əl atmasının qarşısını almaq üçündür. Yəni Paşinyan hökumətinin davam edəcəyi təqdirdə Rusiya hər şeyi itirdiyini düşünərək daha radikal tədbirlərə, zorakı addımlara əl atmasın, indidən bilsin ki, bu hökumətlə da danışmaq imkanları durur. Belə bir mesaja Rusiyanın ehtiyacı varmı? Görünür ki, var, amma bu mesajın ünvanına doğru çatmasında daha çox hazırki Ermənistan hakimiyyətinin ehtiyacı var.

Azərbaycan səbrli olsun

Paşinyan başa düşür ki, Zəngəzur dəhlizi məsələsi ləngidikcə əlavə suallar yaradır. Məsələn, Azərbaycanın daxilində hakimiyyətə suallar ünvanlanır və bir müddət sonra bu ictimai təzyiq İlham Əliyevin ifasında “lazım olsa, Zəngəzur dəhlizini zorla açarıq” kimi səslənir.

İlham Əliyevin bu ifadəsinin nə qədər diplomatik və ya faydalı olub olmadığı başqa sualdır, amma fakt budur ki, Azərbaycan cəmiyyəti də hazırda bu vəziyyətdən narazıdır.

Ölkə içində “Laçın dəhlizi” bağlanmalıdır kimi şüarlar səsləndirilir. Azərbaycanın laçın dəhlzini bağlamaq imkanı sual altındadır. Fəqət Azərbaycanın Ermənistana başqa problemlər yaratmaq imkanları var. Buna görə də Ayvazyan bu bir cümlə ilə Azərbaycan hökumətinə də demək istəyir ki, əslində, bu bizim də marağımıza uyğundur, amma zamana ehtiyac var.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/pjy09b

Самое читаемое