Zamin Salayev

Источник: Meydan.TV

Başlıq: Zamin Salayev

AXCP üzvü 15 gündür ki, həbsxanada aclıq etdiyini deyir

Статья обновлена:  23 Сентябрь 2021

O, işgəncələrə etiraz olaraq bu addımı atdığını bildirib

“Onlara da dedim ki, bu şərəfsizliyi necə boynuma götürüm? Bundan sonra mənə qarşı işgəncələr başladı, iki dəfə şəxsən rəis özü döydü”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Zamin Salayev 15 gündür ki, aclıq aksiyası keçirdiyini bildirib.

Onun sözlərinə görə, saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Şakir Qəniyev tərəfindən döyülməsi, məruz qaldığı işgəncələrə etiraz olaraq bu addımı atıb.

Bu barədə sentyabrın 23-də Bakı Apelyasiya Məhkəməsində Zamin Salayev özü məlumat verib.

AXCP üzvü bildirib ki, sentyabrın 8-dən aclığa başlayıb. 17 saylı cəzaçəkmə müəssisəsində olduğu ilk günlərdə quru aclıq edib, su da qəbul etməyib. Lakin apelyasiya məhkəməsi ilə əlaqədar Bakı İstintaq Təcridxanasına köçürüldükdən sonra su içməyə başlayıb.

Zamin Salayev bildirib ki, işgəncəyə məruz qalması, cərimə kamerasına (kars) salınmasının səbəbi isə ona edilən təklifləri rədd etməsi, imzalamaq üçün ona təqdim olunan sənədi imzalamamasıdır: “Onlara da dedim ki, mən əqidəmə xəyanət etməyi ləyaqətimə sığışdıra bilmərəm. Bu şərəfsizliyi necə boynuma götürüm? Bundan sonra mənə qarşı işgəncələr başladı. İki dəfə şəxsən rəisin özü döydü. Aparıb “karsa” atdılar...”

Aclıq aksiyası nəticəsində AXCP fəalının səhhətində ciddi problemlər yaranıb. Buna baxmayaraq, o, aclığı dayandırmaq niyyətində olmadığını söyləyib.

Onun sözlərinə görə, tələblərə tabe olmayacağı halda, haqqında yeni cinayət işi başlanacağıyla da hədələnib.

Apelyasiya məhkəməsində Zamin Salayevin vaxtından əvvəl həbsdən buraxılmasıyla bağlı şikayəti üzrə hazırlıq iclası keçirilib.

AXCP üzvü bu məsələ ilə əlaqədar əvvəl Xəzər Rayon Məhkəməsinə ərizə vermişdi. Lakin bu məhkəmə avqustun 6-da onun ərizəsinin rədd edilməsi haqda qərar qəbul etdi. Sözügedən qərardan da apelyasiya şikayəti verilib.

Hazırlıq iclasında Zamin Salayevin anket məlumatları dəqiqləşdirilib.

Qərar verilib ki, oktyabrın 6-da apelyasiya şikayətinə mahiyyəti üzrə baxılsın.

Məhkəmə iclasında iştirak edən “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının təsisçiləri Zamin Salayevin durumu ilə əlaqədar Ombudsman Aparatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Ədliyyə Nazirliyi, səfirliklər də daxil olmaqla, müxtəlif təşkilatlara müraciət olunduğunu bildirib.

“Ombudsman Aparatı məsələni nəzarətdə saxladığını, müxtəlif qirimlara bununla əlaqədar məktublar ünvanlandığını bildirib.

Penitensiar Xidmət təkzib edib ki, Zamin Salayevin “karsa” salınması, ona hansısa sənəd imzalatdırmaq cəhdi yalandır. Biz yenə də müxtəlif orqanlara müraciət edib, onun durumunun təcili nəzarətə götürülməsini istəyəcəyik. Çünki açıq-aşkar adamın həyatına təhlükə var, sağlıq durumu kəskin pisləşib. Məhkəmədə çıxışından da görünür ki, nitq qabiliyyətində də problemlər yaranıb. Vəziyyət bu cür davam etsə, arzuolunmaz hadisələr baş verə bilər”, - “Müdafiə Xətti”nin həmtəsisçisi Zəfər Əhmədli bildirib.

Zamin Salayev 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib.

O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı.

Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu.

O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi. İnzibati həbsdən sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Daha sonra Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib.

O, qarşı tərəfin ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib.

Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  23 Сентябрь 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/urh60z

Самое читаемое