Arif Hacılı: Müsavatın qərargahı polis mühasirəsindədir

Bütün bunlar hakimiyyətin Konstitusiya Günü Konstitusiyanın 49-cu maddəsində göstərilən hüquqların hansı səviyyədə yerinə yetirdiyinin göstəricisidir

Source: APA


“Konstitusiya Gününü partiya üzvlərinin kütləvi həbs xəbərləri ilə qarşılayırıq”

Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısına təyin etdiyi 12 noyabr piketi ilə bağlı 10-dan çox müsavatçı saxlanlıb.

Məlumatı Meydan TV-yə partiyanın başqanı Arif Hacılı verib.

Arif Hacılı müavini Razim Əmiraslanlının 11 noyabrda saxlandığını xatırladaraq əlavə edib ki, hələ də onun harada olduğunu bilmirlər:

“Çox əcaib durumdur. 12 noyabr Konstitusiya Gününü partiya üzvlərinin kütləvi həbs xəbərləri ilə qarşılayırıq. Bu saata olan məlumata görə Qəzənfər Baxışov, Mərdan Mehdili, Mustafa Hacıbəyli, Valeh Hummetoqlu, Qədim Soltanlı, Ramiz Xəlil, Zakir Məmmədzadə, İsa Alıyev polis idarələrinə aparılıblar. Eyni zamanda, qərargahımız polis mühasirəsindədir. Gələnləri həbs edirlər, xanım işçiləri sorğu-sual edirlər. Bütün bunlar hakimiyyətin Konstitusiya Günü Konstitusiyanın 49-cu maddəsində göstərilən hüquqların hansı səviyyədə yerinə yetirdiyinin göstəricisidir”.


Müsavat Partiyası

noyabrın 10-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti Lökbatan qəsəbəsində tədbirin keçirilməsinə icazə verib. Buna etiraz əlaməti olaraq partiya noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək qərarına gəlib.

Ana səhifəSiyasətArif Hacılı: Müsavatın qərargahı polis mühasirəsindədir