Yelena Milaşina

Источник: Foto: google.az

Başlıq: Yelena Milaşina

Araşdırmaçı jurnalistə Çeçenistanda hücum edilib

Milaşina polisə müraciət etdiyini bildirib

Rusiyanın tanınmış araşdırmaçı jurnalisti Yelena Milaşina və insan hüquqları üzrə vəkil Marina Dubrovina Çeçenistanda hücuma məruz qalıb.

RFE/RL xəbər verir ki, fevralın 6-da Moskva mərkəzli “Novaya qazeta”nın müxbiri və vəkilinə məşhur bir blogerin məhkəməsi üçün Çeçenistanın paytaxtı Qroznıdaykən naməlum şəxs tərəfindən hücum edilib.

Hadisədən sonra Milaşina “Facebook” səhifəsində polisə etdiyi şikayətinin bir surətini paylaşıb.

Qadınların da daxil olduğu qrup otelin girişində Milaşina və Dubrovinaya hücum edərək onları yumruq və təpiklə vurublar.

Qəzet əlavə edib ki, hadisə naməlum şəxslər tərəfindən lentə alınıb.

Hər iki qadın yerli bloger İslam Nuxanovun məhkəməsində iştirak etmək üçün Qroznıya gedib. Nuxanov Çeçenistanın Kreml tərəfindən dəstəklənən lideri Ramzan Kadırovun və onun yaxınlarının yaşadığı iddia edilən xüsusi məhəlləni lentə aldığı və internetdə yerləşdirdiyi üçün ittiham edilir.

Rəsmi olaraq Nuxanov qanunsuz silah saxlamaqda ittiham olunur.

Milaşina Çeçenistanda insan haqlarının gərgin vəziyyətinə dair araşdırmalarıyla məşhurdur. Kadırov Milaşinanın araşdırmalarını açıq şəkildə rədd edib.

İctimai fəallar deyir ki, 2007-ci ildən bu yana Çeçenistanı idarə edən Kadırov repressiv tədbirlərə əl ataraq regiondakı təhlükəsizlik qüvvələri üçün cəzasızlıq mühiti yaradıb. Onlar iddia edirlər ki, Kadırov Çeçenistan hakimiyyəti tərəfindən müxaliflərin susdurulmasında və qorxudulmasında, onların oğurlanmasında, işgəncələrə məruz qalmasında və qətlində birbaşa məsuliyyət daşıyır.

Kremlin tənqidçiləri Putinin Kadırovun törətdiyi qanun pozuntularına göz yumduğunu söyləyir. Putinin bu addımının əsas səbəbinin keçmiş komandirə indiyədək iki post-sovet müharibəyə ev sahibliyi etmiş Çeçenistanda separat qüvvələri idarə etməkdə etibar etməsidir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/98ioei

Самое читаемое