Araik Arutyunyan “dövlət çevrilişi” işi üzrə istintaqa çağrılıb

Həmin vaxt işin bir sıra ictimai təşkilatın 2020-ci il dekabrın 12-də “Baş prokurorluğ”a göndərdiyi cinayət məlumatına baxılması nəticəsində qaldırıldığı qeyd olunurdu.

Source: Коммерсант


Arutyunyanın hansı statusla istintaq ediləcəyi dəqiqləşdirilmir

Qarabağ separatçılarının lideri, “DQR-in prezidenti” Araik Arutyunyan tezliklə cinayət işlərinin biri ilə bağlı istintaqa çağırılacaq.

Ermənistan KİV-i “DQR prokurorluğuna” istinad edərək bu barədə xəbər

verib

.

Arutyunyanın hansı statusla istintaq ediləcəyi dəqiqləşdirilmir. Amma xəbər verildiyi kimi, cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 312-maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə (konstitusiya quruluşunun devrilməsi) qaldırılıb.

“Konstitusiya quruluşunun devrilməsi” barədə cinayət işinin qaldırılması haqda hələ martın 2-si xəbər verilmişdi. Həmin vaxt işin bir sıra ictimai təşkilatın 2020-ci il dekabrın 12-də “Baş prokurorluğ”a göndərdiyi cinayət məlumatına baxılması nəticəsində qaldırıldığı qeyd olunurdu.

38 yaşlı Araik Arutyunyan 2020-ci ilin may ayından “DQR prezidenti”dir.

Ana səhifəDünyaAraik Arutyunyan “dövlət çevrilişi” işi üzrə istintaqa çağrılıb