Almaniyada Əfqan Muxtarlı ilə bağlı aksiya keçirildi

Aksiyaçılar İlham Əliyevə müraciət ünvanlayıb

Source:


Aksiyaçılar İlham Əliyevə müraciət ünvanlayıb

İyulun 7-dә Almaniyanın Essen şәhәrindә “Ammesty İnternational”ın tәşkilatçılığı ilə həbsdə olan jurnalist Əfqan Muxtarlıya dəstək aksiyası keçirilib. Aksiyaya azәrbaycanlı jurnalistlәr də qatılıblar. Jurnalist Yafәz Hәsәnovun Meydan TV-yə verdiyi mәlumata görә, aksiyada Әfqan Muxtarlının azadlığa buraxılması ilә bağlı prezident İlham Әliyevә ünvanlanmış müraciәt dә imzalanıb:

“Әfqanın Azәrbaycan xüsusi orqanları tәrәfindәn Gürcüstandan oğurlanması vә daha sonra hәbs olunmasının bir ili әrәfәsindә qәrara gәldik ki, Almaniyanın bәzi şәhәrlәrindә aksiyalar keçirәk. Belә aksiyalar Berlin vә başqa şәhәrlәrdә uğurla baş tutmuşdu. Biz dә qәrara gәldik ki, Essen şәhәrindә belә bir aksiyanı “Amnesty İnternational” tәşkilatı ilә birgә keçirәk. Hәm müraciәtimizә cavab bir az gecikdiyindәn, hәm dә bәzi tәşkilati mәsәlәlәrә görә aksiya bu gün baş tutdu. Aksiyanı әhәmiyyәtli edәn tәrәfi Prezident İlham Әliyevә Әfqanın tezliklә azad edilmәsi ilә bağlı ünvanlanan müraciәt oldu”.

Jurnalistin bildirdiyinә görә yüzlәrlә şәxs bu müraciәtә imza atıb:

“İştirakçıların bәzilәri Әfqanın oğurlanması sәhnәsini simvolik olaraq başlarındakı qara torba ilә nümayiş etdirirdilәr. Bu әtrafdakıların diqqәtini çәkirdi. Yaxınlaşan şәxslәrә Әfqanla, elәcә dә Azәrbaycandakı siyasi mәhbislarla bağlı әtraflı mәlumat verilirdi. Fürsәtdәn istifadә edib Azәrbaycandakı avtoritar rejim haqqında da mәlumatlar verirdik. Әksәr insanlar bu mәlumatları aldıqdan sonra hәvәslә müraciәti imzalayırdılar. “Amnesty İnternational” tәşkilatı ilә razılaşdıq ki, Azәrbaycandakı siyasi mәhbuslar mәsәlәsin gündәmdә saxlayaq vә yaxın gәlәcәkdә birlikdә oxşar aksiyalar keçirәk”.

Aksiya iki saat davam edib.

Gürcüstanda yaşayan jurnalist

Əfqan Muxtarlı

ötən ilin mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.

Ana səhifəXəbərlərAlmaniyada Əfqan Muxtarlı ilə bağlı aksiya keçirildi