Alman siyasətçilər İslam dinini Avropa həyatına uyğunlaşdırmaq istəyir

Onlar “Avropa İslam”-ına çağırış ediblər

Source: DPA

İki nəfər alman siyasətçi İslam dinini Avropa həyat tərzinə uyğunlaşdırmaq üçün çağırış ediblər. Onlar düşünürlər ki, İslam daha mütərəqqi formaya keçə bilər.

“Deutsche Welle” xəbər verir.

Xəbərə görə, səhiyyə naziri Yens Şpan (Jens Spahn) və Şlezviq-Holştayn (Schleswig-Holstein) torpağının Baş Naziri Danyel Günter (Daniel Günter) müraciətlərini “Rheinische Post” regional qəzeti vasitəsilə yayıblar.

Müraciətdə deyilir ki, İslamın sağmeyilli, gerici və qadınlara nifrət edən formasına dözümlülük göstərmək istəmirlər:

“Ondansa, bizim dəyərlərimizi özündə birləşdirən, azad Avropa həyat tərzini qoruyan – “Avropa İslamı”nı inkişaf etdirməliyik", – Xristian demokrat siyasətçilər yazılı bəyanatlarında qeyd ediblər.

Burka mövzusu Şpan və Günter üçün xüsusilə narahatlıq doğurur. Onlar düşünürlər ki, qadınlar və qızlar universitetlərdə və məktəblərdə tam örtülü olduqda, onlar müqavimət göstərmə imkanına sahib olmurlar. Amma müqavimət vacibdir.

Hər iki siyasətçi müraciətlərində həmçinin, uğurlu cəmiyyət üçün inteqrasiyanın vacib olduğunu vurğulayıblar. Əlavə ediblər ki, İslamı həyatlarına tətbiq edən və Avropaya mühacirətə gələn insanlar deportasiya edilmədikdə yerli əhaliyə yük olurlar.

Şpan və Günter Kansler Angela Merkelin Xristian Demokratlar Partiyasının (CDU) üzvləridir. Günter Merkelin xələfi olmaq uğrunda mübarizə aparsa da, uğursuzluğa uğrayıb. O, mühafizəkar olaraq tanınır. Şpan isə partiyanın liberal qanadında mövqe tutur.

Birgə bəyanatda həmçinin, qeyd edilir ki, Avropa ideyası Avropa Birliyi vətəndaşlarının gündəlik həyatında daha gerçək olmalıdır.

Ana səhifəDünyaAlman siyasətçilər İslam dinini Avropa həyatına uyğunlaşdırmaq istəyir