Aksiyada saxlanılan şəxsin şikayəti rədd edilib

Vəkilin vəsatətləri təmin olunmayıb

Source:
Bakı Apelyasiya Məhkəməsi (Foto: APA)
Bakı Apelyasiya Məhkəməsi (Foto: APA)


Vəkilin vəsatətləri təmin olunmayıb

Yanvarın 12-də Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə bloger Mehman Hüseynovun müdafiəsi məqsədi ilə keçirilən aksiyada həbs olunan Səxavət Nəsibovun şikayətinə baxılıb.

Aksiya Nizami rayonunda, metronun “Neftçilər” stansiyasının qarşısında keçirilmişdi.

Məhkəmə prosesi haqda Meydan TV-ni məlumatlandıran Siyasi Məhbusların Müdafiə Mərkəzinin üzvü Əlövsət Sadıqlı bildirib ki, vəkil Cavad Cavadov üç vəsatət qaldırsa da, hakim rədd edib:

“Birinci vəsatət hadisə yerindəki kamera görüntülərinin məhkəməyə təqdim edilməsidir. Vəkil bildirdi ki, kamera görüntüləri həbs olunanların hansı şəraitdə saxlanılması üçün vacibdir. Çünki həbs olunanlar ərazidən uzaqlaşmaq istəyəndə, polislər onların qarşısını kəsib zorla maşına mindirib aparıblar. Polislər iddia edir ki, guya, həbs olunanlar müqavimət göstərib, halbuki, elə şey olmayıb. İkinci vəsatət şahidlərin dindirilməsi ilə bağlıdır. Səxavət Nəsibovu maşında aparanda yolda döyürmüşlər, sadəcə, onun bəxti gətirib ki, polis bölməsi yaxınlıqda olub, yoxsa, o, ölə bilərdi. Fatimə Movlami şahid kimi ifadə vermək istəsə də, hakim qəbul etmədi. Nəsibov işgəncəyə məruz qalmasının araşdırılması tələbi ilə prokurorluğa müraciət edib. Vəkilin bu məsələ ilə bağlı vəsatəti prokurorluqdan cavab gəlmədiyi səbəb gətirilərək, rədd edildi”.


Yanvarın 3-də

Bakının “Neftçilər” metrostansiyasının çıxışında aksiya keçirilib. Aksiya iştirakçılarından 20 nəfərə yaxını polis tərəfindən saxlanılsalar da, sonradan onların bir hissəsi sərbəst buraxılıb.


Həbs olunanlar

dan Səxavət Nəsibov 20, Nurlan Qəhrəmanlı, Elimxan Ağayev 21, Əfqan Sadıqov 22 sutka inzibati cəza alıblar.

Bundan başqa, Mətanət Mahmırzayeva, Pərvin Abışova 300 manat, Fərid Abdinov 400 manat cərimə olunublar.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Həbs müddətinin bitməsinə iki ay qalmış, Mehman Hüseynova qarşı yeni ittihamlar irəli sürülüb.

Ana səhifəXəbərlərAksiyada saxlanılan şəxsin şikayəti rədd edilib