Источник: Meydan Tv

''Aidiyyatı qurumlar işgəncə hallarına ciddi reaksiya verməlidirlər''

SMMM bütün siyasi məhbusların qeyri-şərtsiz azadlığa buraxılmasını tələb edib

“Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) yol verilmiş qanunsuzluqların aradan qaldırılmasını, mühakimələrin və məhkəmələrin ədalətli aparılmasını, həbsdə olan bütün siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir”.

“Turan” İnformasiya Agentliyinin yaydığı məlumata görə, bu barədə təşkilatın bəyanatında deyilir.

SMMM Respublika Baş Prokurorluğu başda olmaqla, aidiyyatı qurumların insanların qanunsuz həbs olunması, qətlə yetirilməsi, təzyiq və təqiblərə, ağır işgəncələrə məruz qalması hallarına ciddi reaksiya verməli, müvafiq addımlar atmalı olduğunu bəyan edib.

“Son vaxtlar hakimiyyətin repressiv siyasətinin davamı olaraq ictimai-siyasi fəalların şərlənib həbs olunması, təqib və təzyiqlərə, işgəncələrə məruz qalması halları genişlənməkdədir. Bir tərəfdən “məhkəmə-hüquq sistemində dərinləşmə islahatları”nın aparılmasından bəhs edilir, digər tərəfdən əməli olaraq əks hərəkətlər təkrarlanır. 10 iyul 2018-ci il Gəncə hadisələri və Tərtərdə hərbiçilərlə bağlı açılmış cinayət işlərində yol verilmiş qanunsuzluq və işgəncə halları, ictimai fəallara qarşı aparılan repressiyalar ictimaiyyətin haqlı narazılığına səbəb olur”, deyə sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, son 1 ayda onlarla ictimai fəal – “heykəl məhbusu” Bayram Məmmədov, Tofiq Məmmədov, Qaraçuxur sakini Ruslan Cumayev, Aqil Hümbətov, AXCP üzvləri - Nicat Abdullazadə, Nicat Nizamov, Yalçın Abdullayev, Paşa Umudov, Saqif Qurbanov və digərləri inzibati qaydada qanunsuz həbslərə məruz qalıb, ictimai fəallar - Qiyas İbrahimov, Gülnarə Rahimova, Fatimə Mövlamlı, jurnalist Sevinc Sadıqova dəfələrlə əsassız olaraq saxlanılaraq polis bölmələrinə aparılıb.

SMMM-in üzvlərinin Gəncədə baş vermiş məlum hadisələrlə bağlı Sabunçu rayon Məhkəməsində iştirakı və digər apardıqları araşdırmalar zamanı məlum olub ki, hadisələr zamanı həbs olunmuş şəxslər birmənalı şəkildə ən ağır işgəncələrə və qeyri-insani münasibətə məruz qalıb.

“Təəssüflə qeyd olunmalıdır ki, 2017-ci ildə Tərtərdə bir qrup hərbiçinin müəmmalı qətli və kütləvi həbsi ilə nəticələnən hadisələrlə bağlı keçirilən məhkəmə prosesi də çoxsaylı qanun pozuntuları ilə müşaiyət olunur. Qapalı keçirilən həmin məhkəmə proseslərində də işgəncə nəticəsində alınmış ifadələr əsas götürülür, ittiham tərəfindən məhkəməyə ciddi dəlil və sübutlar təqdim olunmur. Hərbiçilərin məruz qaldığı dəhşətli və amansız işgəncələrin araşdırılması istiqamətində heç bir addım atılmır”, deyə bəyanatda qeyd edilir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/10olpt

Самое читаемое