Источник: Meydan.TV

Ağstafa sakini: 6 aylıq körpəm soyuqdan donub öldü

Ağstafa sakini: 6 aylıq körpəm soyuqdan donub öldü

Noyabrın 16-da Ağstafa rayonunda 6 aylıq körpə həyatını itirib. Hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Turan Tural oğlu Qasımovun yaşadığı evdə soyuqdan donaraq öldüyü deyilir.

Körpənin anası Kəmalə Məmmədova Meydan TV-yə deyib ki, çox imkansız və şəraitsiz evdə

yaşadıqları üçün oğlu gecə saatlarında donaraq ölüb. Hadisədən yalnız səhər açılanda xəbər tutublar:

“Axşam həmişəki kimi uşağın

yeməyini verib yatızdırdım, amma səhər açılanda gördük ki, uşaq ölüb. İşığımız yoxdur, evi odun

sobasıyla isidirik və onu da gecə yandırmırıq. Uşağı ekspertizaya aparmadıq, həyat yoldaşım

buna razı olmadı. Heç kəndin həkimləri də gəlib uşağı yoxlamadı”.

K.Məmmədova deyib ki, həyat yoldaşı da xəstədir. Yaşadıqları yerin şəraitsizliyi ilə bağlı rayon rəhbərliyinə müraciət ediblər:

“Həyat yoldaşım da epilepsiya xəstəsidir, bir dərmanının qiyməti 120 manatdı, heç yerdə də

işləmir. Turan dördüncü övladım idi. Bizimlə heç kim maraqlanmır, heç soruşan da yoxdur ki,

uşaq niyə öldü. Dəfələrlə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olmuşuq, çox çətin şəraitdə yaşadığımızı demişik, amma cavab o olub ki, nə vaxt

imkanımız olacaq, onda sizə köməklik ediləcək. Bir neçə il çadırda yaşadıq, şəkillərini icra hakimiyyətinə də təqdim etdik. Yaxınların köməkliyi ilə bir göz otaq tikmişik. Başqa heç

nəyimiz yoxdur. Sosial yardım istəyirdik və onun da sənədlərini düzəldə bilmədik. İndi də dolanışığımıza kənd sakinləri və qohumlar köməklik edir”.

Ağstafa Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Yasin Əfəndiyev rayonda uşağın donub öləcəyi qədər şaxta olmadığını deyir:

“İndi siz özünüz fikirləşin, bizdə hələ indiyə qədər sıfırdan aşağı temperatur olmayıb. Uşaq necə donub ölə bilər? Soyuqdan xəstələnmək başqa şeydi, donmaq başqa”.

Şöbə müdiri K.Məmmədovanın şikayət etməsi ilə bağlı dediklərinə konkret cavab vermək istəməyib:

“Rayonda 86 min əhali var. Ola bilsin müraciət edib, ancaq necə olub, deyə bilmərəm. Bizə hansı vətəndaş müraciət edibsə, onunla mütləq maraqlanırıq. Orada nümayəndə var, o gedib baxır və tədbir görülür. Mən sizə öncədən deyə bilmərəm bu ailə ilə bağlı hansı işlər görüləcək”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/jw8v08

Самое читаемое