Adil Əliyev iddiaları rədd edir

“Millət vəkiliyəm, hər kəs mənimlə şəkil çəkdirmək istəyir”

Millət vəkili Adil Əliyev gündəmin əsas mövzularından birinə çevrilən Almaniya səfəri, Köln şəhərində keçirilən tədbirlə bağlı Meydan TV-nin suallarını cavablandırıb. Deputat haqqında irəli sürülən ittihamlara aydınlıq gətirib.
Martın 31-də Almaniyada “Yaşasın Cumhuriyyətimiz, yaşasın Azərbaycan-Türkiyə ittifaqı, İlhamla irəli” şüarları altındakı tədbir keçirilib.

Tədbirə Almaniyada yaşayan bütün azərbaycanlıların dəvətli olduğu bildirilsə də, Azərbaycan hakimiyyətini tənqid edən şəxslər toplantının keçirildiyi “Senator” otelinə buraxılmayıblar. Nəticədə otelin qarşısında insident yaşanıb, tənqidçi mühacirlər aksiya keçirərək, “İlham Əliyev diktatordu”, “Ermənilərlə işbirliyinə son!” şüarlarını səsləndiriblər. Mühacirlərin iddiasına görə, Adil Əliyev Azərbaycandan Almaniyaya idmançıları aparıb. Həmin idmançılar təxribat törətmək istəsə də, alman polisi bunun qarşısını alıb.

Başqa bir iddia isə hazırda Almaniyada məhkəmə çəkişmələrində adı hallanan Osmanen Germania” qrupu ilə Adil Əliyevin işbirliyində olması ilə bağlıdır. İddiaya əsas kimi qrup üzvlərinin deputatla şəkilləri göstərilir.
Hazırda Almaniyanın Ştuttqart şəhərində “Osmanen Germania” qrupunun 8 üzvünün məhkəməsi gedir.

Mətbuatın yazdığına görə, yaşları 19-46 arasında olan 8 təqsirləndirilən arasında qrupun “dünya rəhbəri” və “dünya rəhbərinin müavini” kimi tanıdılan üzvləri də var.

“Almaniyalı osmanlılar” dəstəsinin bu üzvləri qəsdən adam öldürməyə təşəbbüs, ağır yaralama, qadın ticarəti, şantaj, silah və narkotika ticarəti ilə ittiham edilirlər.

İddiaları rədd edən Adil Əliyev Meydan TV-yə açıqlamasında deyib ki, onun “Almaniyalı osmanlılar” qrupu ilə əlaqəsi yoxdur. Tədbirə qatılan hər kəslə şəkil çəkdirib və onların kimliyi haqqında məlumatlı deyil:

“Mən tədbirə gələn insanların hamısını tanımırdım. Millət vəkiliyəm, hər kəs mənimlə şəkil çəkdirmək istəyir”.

Deputat həmçinin Avropada biznesinin olması, ölkənin ictimai-siyasi həyatında baş verənlərlə bağlı sualları da cavablandırıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/9r4xbt

Самое читаемое