''Ac qalmamaq üçün kömürçü oldum''

İsmayıllı rayonu, Qaraqaya kəndinin girişi

İsmayıllı rayonu, Qaraqaya kəndinin girişi

Nurlan Məmmədovun 27 yaşı var. Deyir ki, 8-9 yaşından kömürçülüklə məşğuldur. O, İsmayıllı rayonunun Qaraqaya kəndində yaşayır.

"Uşaqlığımdan ata-babamın kömür hazırladığını görmüşdüm. Belə desək, bu iş ata-baba sənətimdir mənim. Bura kənd yeri olduğu üçün insanın arzuları da kiçik olur. Elə gözümü açandan böyüklərin bu işlə məşğul olduğunu görmüşəm və mənim də marağım beləcə yaranıb. Artıq 12 ildir ki, bu işlə daimi məşğulam. Kənddə demək olar ki, hamı kömürçü kimi tanıyır məni".

Nurlanın sözlərinə görə, dağ ətəyindən qırılmış ağac gövdələrini, budaqlarını və yaxud çay kənarında olan köhnə ağac kötüklərini bəzən atla, bəzən də maşınla yığıb gətirirlər. Gətirdikləri odunları doğrayıb, basma hazırlayıb, sonra odunları oraya yığırlar. Basma içi boş torpaq təpəsidir. Odunlar orda 12 gün yandırılır və gün keçdikcə kömürə çevrilir. Nurlan onu da deyir ki, bu işi görmək onlara heç də sərf etmir:

"Təxminən bir basmadan 40-50 kisə kömür çıxır. Kömürlər hazır olandan sonra kisələrə yığıb satmaq üçün hazır qoyuram. Bir kisə kömürü isə 1 manat 70 qəpiyə satıram. Əziyyətini, xərclərini hesablasaq, bu işdən elə də ciddi qazanc əldə etmirəm. Düzünü deyim, ac qalmamaq üçün bu işi görürəm. Qazandığım pulla başqa heç nə edə bilmirəm".

İsmayıllı rayonu, Qaraqaya kəndinin girişi

İsmayıllı rayonu, Qaraqaya kəndinin girişi

Qaraqaya kəndində yaşayış olan köhnə bir ev

Qaraqaya kəndində yaşayış olan köhnə bir ev

Nurlan işə başlamaq üçün səhər saat 7-də qalxır və hazırlanır

Nurlan işə başlamaq üçün səhər saat 7-də qalxır və hazırlanır

Nurlanın  sözlərinə görə, meşədən heç bir sağlam ağacı kəsmirlər

Nurlanın sözlərinə görə, meşədən heç bir sağlam ağacı kəsmirlər

İşin əziyyəti çox olsa da, gəlir heç qaneedici deyil

İşin əziyyəti çox olsa da, gəlir heç qaneedici deyil

Meşədə quru odunu tapmaq çətin olsa da, buna məcburdur, çünki kənddə başqa iş yoxdur

Meşədə quru odunu tapmaq çətin olsa da, buna məcburdur, çünki kənddə başqa iş yoxdur

Nurlan günlük xərclərin qarşılamaq üçün yağışlı, palçıqlı günlərdə də bu işi görür

Nurlan günlük xərclərin qarşılamaq üçün yağışlı, palçıqlı günlərdə də bu işi görür

Basmaya yığılmış odunlar 12 gün ərzində yavaş-yavaş  yanaraq kömürə çevirilir

Basmaya yığılmış odunlar 12 gün ərzində yavaş-yavaş yanaraq kömürə çevirilir

Bəzən basmanın ağzını açıb, odunları çevirmək lazım gəlir

Bəzən basmanın ağzını açıb, odunları çevirmək lazım gəlir

Kömür artıq hazırdır

Kömür artıq hazırdır

Közərərək yanan odunların üstünə saman doldurmaq lazım gəlir ki, odunlar kömürə çevrilsin

Közərərək yanan odunların üstünə saman doldurmaq lazım gəlir ki, odunlar kömürə çevrilsin

Nurlan gələcəkdə övladlarının bu işlə məşğul olmasını istəmir

Nurlan gələcəkdə övladlarının bu işlə məşğul olmasını istəmir

Nurlan bəzən bu işə görə əllərinin ağrıdığını da deyir

Nurlan bəzən bu işə görə əllərinin ağrıdığını da deyir

Bir ovuc kömürün əziyyəti böyük olsa da, dəyəri yoxdur

Bir ovuc kömürün əziyyəti böyük olsa da, dəyəri yoxdur

Onlar həmçinin, evdə çay-yemək hazırlamaq  üçün bu kömürdən istifadə edirlər

Onlar həmçinin, evdə çay-yemək hazırlamaq üçün bu kömürdən istifadə edirlər

 

 

 

 

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/3fyqcz

Самое читаемое