ABŞ səfirliyindən öz vətəndaşlarına terror xəbərdarlığı

Eyni zamanda, səfirliyin təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcəyi və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcəyi qeyd olunub.

Foto: Meydan TV


“Ehtiyatlı və sayıq olun, kütlənin çox olduğu yerlərdən yayının”

ABŞ-ın Azərbaycandakı Səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edib.

Səfirliyin saytında yerləşdirilən məlumatda bildirilib ki, “Abşeron J.W. Marriott” kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

“ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur. Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib: Ehtiyatlı və sayıq olun, kütlənin çox olduğu yerlərdən yayının, öz profilinizi büruzə verməyin, ətrafınızdan xəbərdar olun, əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun və yerli medianı diqqətdə saxlayın”.

Eyni zamanda, səfirliyin təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcəyi və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcəyi qeyd olunub.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti bir müddət əvvəl gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq

etmişdi

.

Ana səhifəSiyasətABŞ səfirliyindən öz vətəndaşlarına terror xəbərdarlığı