Ərdoğan, Tramp və Bayden

Источник: google.az

Başlıq: Ərdoğan, Tramp və Bayden

ABŞ-ın sanksiyaları Türkiyə ilə münasibətlərə necə təsir edəcək?

Siyasi şərhçi: "Bayden Türkiyəyə sanksiya tətbiq etmək basqısından xilas oldu"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ-nın tərəfindən ölkəsinə qarşı birtərəfli sanksiyaları: “Bu, necə müttəfiqlikdir?!” - deyə reaksiya verib.

Ərdoğan: "Məqsəd üzüm yemək deyil, bağbanı döyməkdir"

Rəcəb Tayyib Ərdoğan sanksiyanın məqsədinin Türkiyəni özündən asılı vəziyyətə salmaq olduğunu düşünür: “Ötən həftə də Avropa İttifaqının Türkiyəyə sanksiya tətbiqi məsələsi vardı. Niyə Türkiyə Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemləri alıb? Çünki ABŞ öz əlindəki hava hücumundan müdafiə sistemlərinin satışına icazə vermir. "F-35" təyyarələrinin minə yaxın hissəsini Türkiyə istehsal edib ABŞ-a verir. Senatda çıxan əngəllərlə yanaşı, bu sistemləri almaq üçün bizim tələblərimizin heç birini qarşılamayan ABŞ üzərimizə sanksiya silahını çəkdi. Bu, bəhanədir. Məqsəd üzüm yemək deyil, bağbanı döyməkdir. Bizi özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Bunu yaydıqları hesabatlarda da büruzə verirlər”.

Prezident ölkəsinin müdafiə sənayesinin inkişafı ilə bağlı gücləndirilmiş iş rejimində çalışacağını bildirib: “Bu sahədə sevindirici xəbərlərimiz var. ASELSAN və “Roketsan” tərəfindən inkişaf etdirilən ilk milli və yerli hava hücumundan müdafiə sistemimiz olan “HİSAR-A” Türkiyə ordusunun silahlanmasına daxil olmaq üçün testdən keçirilib. Amma bu bir az gecikdi. Səbəbi nə idi, bilirsinizmi? Xaricdən aldığımız bir hissəyə embarqo qoyulmuşdu. Amma biz yerli hissəni qısa müddətdə istehsal etməyi bacardıq və nəticəyə nail olduq. Nə qədər maneə olmağa çalışsalar da, “HİSAR-A”nın mütəmadi istehsalına başlanılıb, xeyirli olsun”.

Azər Qasımlı: "Anlaşmanı Vaşinqton pozdu"

Politoloq Azər Qaslmlı hər iki tərəfin münasibətlərin indiki vəziyyətə gəlməsində böyük səhvi olduğunu Meydan TV-yə deyib:

“Ərdoğan iqtidarının konkret səhvi ondan ibarətdir ki, son illərdə Türkiyədə avtoritaritarizm meylləri vardı, xarici siyasətdə da Rusiya ilə yaxınlaşma yolu tutulmuşdu. ABŞ-ın da böyük səhvi o idi ki, aralarında anlaşmaya rəğmən hava hücumundan müdafiə sistemlərini Türkiyəyə satmadı. Anlaşmanı məhz Vaşinqton pozduğundan Ankara Moskvaya yönəlib sistemləri aldı. Bu isə NATO-nun ümumi maraqlarına uyğun gəlmir. Yəni hər iki tərəfin günahı olduğundan masa arxasında məsələni çözməlidirlər”.

Azər Qasımlı

Azər Qasımlı

Источник: Facebook

Azər Qasımlı ABŞ-ın yaxın gələcəkdə Cənubi Qafqazda əsas müttəfiqi Azərbaycanla Türkiyənin olacağını ehtimal edir: “Yanvarın 20-dən Bayden səlahiyyətlərini gerçəkləşdirəndən sonra yeni administrasiyanın Türkiyə ilə münasibətlərinin yaxşı olacağına ümid etmək olar”.

Şahin Cəfərli: "Sanksiyanın Tramp dövründə qəbul olunması yüngülləşdirici amildir"

Siyasi şərhçi Şahin Cəfərli Vaşinqtonun sanksiyalarını 2 hissəyə bölüb: fərdi və sektoral. Onun fikrincə, birincisi yüngül sanksiyadır: müdafiə sənayesi katibi İsmayıl Dəmir və bu idarənin daha 3 vəzifəli şəxsinə ABŞ vizası verilməyəcək, onların ABŞ-dakı mal varlıqları (varsa) dondurulacaq:

“İkincisi nisbətən ağırdır: Türkiyə Müdafiə Sənayesi Katibliyi ABŞ-dan ixracat lisenziyaları, eləcə də ABŞ və beynəlxalq maliyyə qurumlarından kredit ala bilməyəcək. Bu, o deməkdir ki, Türkiyə hərbi sənayesinin istehsal etdiyi məhsullarda hansısa detal ABŞ şirkətlərindən alınıbsa və onların iştirakı ilə hazırlanıbsa, həmin məhsulların ixracı mümkün olmayacaq. Məsələn, ATAK helikopterlərinin mühərrikinin hazırlanmasında ABŞ şirkəti də iştirak edir, bu helikopterin xaricə satışı baş tutmayacaq”.

Qərarın ABŞ-Türkiyə münasibətlərinə necə təsir edəcəyinə gəlincə, Şahin Cəfərli bildirib ki, qonşu ölkədə sanksiyaların ağır olmadığı yönündə rəy hakimdir: “Valyuta birjasının ilkin reaksiyası da bunu göstərir. Hökumətin reaksiyası da çox sərt sayılmaz. Sanksiyanın Tramp dövründə qəbul olunması yüngülləşdirici amildir, o baxımdan ki hazırkı administrasiya gedir və Bayden gələr-gəlməz Türkiyəyə qarşı sanksiya tətbiq etmək basqısından xilas oldu. Ankara da köhnə hökumətin qərarına görə yeni hökumətlə münasibətlərini korlamaq istəməz. Bu durum tərəflərə problemlərin səmimi müzakirəsi və qarşılıqlı addımlarla "S-400" problemini çözmək imkanı verir”.

Şahin Cəfərlinin sözlərinə görə, Türkiyə hərbi sənayesi son illər xeyli inkişaf etsə də, ölkənin "F-35" başda olmaqla, yüksək texnoloji silah sistemlərinə və ehtiyat hissələrə, eləcə də kreditlərə ehtiyacı var:

Şahin Cəfərli

Şahin Cəfərli

Источник: arxiv

“Türkiyənin Suriyada, Liviyada, son olaraq Qarabağda öz dronları vasitəsilə hörmətdən saldığı Rusiya silahına görə özünü "F-35"dən məhrum etməsi yanlışdır və komik görünür. Bayden isə Türkiyənin təsirli olduğu regionlarda həyata keçirəcəyi siyasətdə bu ölkəyə ehtiyac duyacaq. Ona görə də qarşıdakı mərhələdə ölkələr arasında bütün problemlər yoluna qoyulmasa belə, münasibətlərdə qopma da olmayacaq. Prezident Ərdoğanın ABŞ-dakı səfiri dəyişdirməsi, Ədalət və İnkişaf Partiyasının qurucularından olan Murad Mərcanı Vaşinqtona göndərməsi də onun konstruktiv əhvala kökləndiyini və ABŞ-la münasibətlərin qorunmasından yana olduğunu göstərir”.

ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə, konkret olaraq, Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə qarşı sanksiya tətbiq edib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/dg5obj

Самое читаемое