ABŞ Dövlət katibi Senat qarşısında ifadə verəcək

Pompeo 15 ayda ilk dəfə Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmədə Dövlət Departamentinin illik büdcə tələbini müzakirə edərək ifadə verəcək, – “Reuters” bildirib.

Source:


Xarici Əlaqələr Komitəsindəki demokratlar bu həftə Pompeonun dövlətdəki vəzifəsini sərt şəkildə tənqid edən hesabat yayıb

Bu gün ABŞ-ın ən yüksək diplomatlarından olan Dövlət katibi Mayk Pompeo Senatda ictimaiyyət qarşısında ifadə verəcək.

“Reuters” xəbər verir ki, ifadə zamanı ABŞ millət vəkilləri ölkənin Çin və Rusiya ilə münasibətləri, ABŞ ordusunun Almaniyanın ərazisindən çıxma qərarı və silah ixracı ilə bağlı Pompeoya suallar yönəldəcək.

Pompeo 15 ayda ilk dəfə Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmədə Dövlət Departamentinin illik büdcə tələbini müzakirə edərək ifadə verəcək, – “Reuters” bildirib.

Xarici Əlaqələr Komitəsindəki demokratlar bu həftə Pompeonun dövlətdəki vəzifəsini sərt şəkildə tənqid edən hesabat yayıb. Hesabatda deyilir ki, Pompeo aylarla iş yerlərini boş saxlayaraq departamentin diplomatiya qabiliyyətinə ziyan vurub. Hesabatda həmçinin qeyd edilib ki, diplomat digər diplomatlarla pis rəftar edib və onlar arasında qisas mədəniyyətini təbliğ edib.

“Bu, sadəcə federal agentliyə hücum deyil; bu Amerika dəyərlərinə və liderliyinə xəyanətdir və milli təhlükəsizliyimizi risk altına atır”,- demokrat senator Bob Menendez deyib.

“Deputatlar həmçinin ifadə zamanı Pompeoya Prezident Donald Trampın Səudiyyə Ərəbistanına silah satışını araşdırdığı üçün Dövlət Departamentinin baş müfəttişi Stiv Linikin (Steve Linick) qovulmasıyla bağlı suallar ünvanlandıra bilər”, Reuters qeyd edib.

Pompeo qeyd edilənləri inkar edib.

Suallar arasında Çinlə korlanan münasibətlər, İranla əlaqələr və Trampın NATO müttəfiqi Berlin ilə uzun müddətdir davam edən çəkişmədən sonra 12.000 əsgərin Almaniyadan çıxarılması da var. Vaşinqton və Pekin konsulluqlarını bağlayıb və Pompeo bu yaxınlarda Honq-Konqun xüsusi ticarət statusunun aradan qaldırıldığını elan edib.

Ana səhifəDünyaABŞ Dövlət katibi Senat qarşısında ifadə verəcək