ABŞ Konqresi

Источник: https://rg.ru/

Başlıq: ABŞ Konqresi

ABŞ-da Azərbaycana hərbi yardımı qadağan edən qanun müzakirəyə çıxarılıb

Konqres qanuna təklif olunan düzəlişi qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatasında ölkənin xarici yardımları nəzərdə tutan qanununa təklif olunan düzəliş qəbul olunub.

Konqresmen Frenk Pallonenin təklif etdiyi düzəliş Azərbaycan silahlı qüvvələrinə ABŞ-ın maliyyə və təlim yardımının bloklanmasını nəzərdə tutur.

Bu barədə “Azadlıq” radiosu ABŞ Konqresinin saytına istinadən məlumat yayıb.

Düzəlişin F.Pallone və onun Konqresdəki Erməni kokusu (qrupu) üzrə həmkarları təklifi ilə irəli sürdüyünü bildirən məlumatda qanunun leyhinə 217, əleyhinə 212 səsin verildiyi qeyd olunub.

Növbəti mərhələdə bu qanunun Senatda baxılaraq səsə qoyulacağı vurğulanıb.

Amerika Erməni Milli Komitəsinin (ANCA) yaydığı xəbərdə deyilirdi ki, F.Pallonenin təklif etdiyi düzəliş Azərbaycan silahlı qüvvələrinə ABŞ-ın maliyyə və təlim yardımının bloklanmasını nəzərdə tutur.

Konqresmen Pallone də iyulun 28-də “Twitter” hesabına bu barədə belə yazıb:

“Azərbaycanın bugünkü hücumu Ermənistan torpağını oğurlamaq və onun demokratiyasını pozmaq planının tərkib hissəsidir. Əgər bu təcavüzə laqeydlik davam edərsə, onlar ölümcül hücumlarını maneəsiz davam etdirəcəklər. Mənim Nümayəndələr Palatasının xərclər barədə qanununa düzəlişim Azərbaycan qüvvələrinin maliyyələşdirilməsinin dayandırılmasına bir mesajdır”.

ANCA-nın xəbərində deyilir ki, “Pallone Düzəlişi” “Beynəlxalq Hərbi Təhsil və Təlim” və “Xarici Hərbi Maliyyələşdirmə Proqramı” qanunları üzrə Azərbaycana hər hansı vəsaitlərin dayandırılmasını nəzərdə tutur.

Ancaq məlumatda qeyd olunur ki, həmin dəyişiklik Azərbaycana ABŞ Müdafiə Nazirliyinin xətti ilə hərbi avadanlığın verilməsi imkanlarına təsir göstərməyəcək.

İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyi tərəflərin bölgədə mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların həlli ilə bağlı məsələləri müzakirə etdiklərini bildirib: "İki ölkə sərhədində yaşanan gərginlikdən narahatlıq ifadə edən Filip Riker vəziyyətin sabitləşməsinin vacibliyini vurğulayıb. Ceyhun Bayramov iki ölkə sərhədində baş verən gərginliklər, xüsusilə də son günlərdə Ermənistan tərəfindən təxribatlara əl atılması, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması və nəticədə 23 iyul tarixində Azərbaycanın bir hərbi qulluqçusunun şəhid olması, 28 iyul tarixində isə iki hərbi qulluqçumuzun yaralanması barədə qarşı tərəfə məlumat verib".

Vurğulanıb ki, nazir Ceyhun Bayramov Ermənistanın məsuliyyətini dərk etməsinin və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

İyulun 28-də Azərbaycan Kəlbəcər rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində 3 erməni hərbçisi ölüb, hər iki tərəfdən yaralananlar olub.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/1ghj21

Самое читаемое