Adil İsmayılov

Источник: Foto: arxiv

Başlıq: Adil İsmayılov

“20 Yanvar faciəsinə görə müxalifətin nümayəndələri də məsuliyyət daşımalıdır” – Arxivdən

Adil İsmayılovun 27 il əvvəl verdiyi müsahibə

Vəkil Adil İsmayılov 1991-ci ilin sentyabrında prokurorluq orqanlarından gedəndən sonra 20 Yanvar faciəsinin tədqiqatı ilə müstəqil məşğul olub. O, həmin vaxtlar bu barədə respublika mətbuatında silsilə məqalələr çap etdirib. Adil İsmayılovun hadisədən 3 il sonra “Azərbaycan” qəzetinə verdiyi müsahibəni yenidən Meydan TV oxucularına təqdim edirik.

-Adil bəy, 20 Yanvar faciəsindən düz 3 il keçib. Və bu müddət ərzində işin içində olmusunuz. Sizin müstəqil tədqiqatla məşğul olmağınızı nəzərdə tuturuq. Yəqin ki, özünüz üçün bəzi qaranlıq məsələləri aydınlaşdırmısınız. Sizcə, 20 Yanvar faciəsi olmaya bilərdimi?

- 20 Yanvar faciəsinin olub-olmaması sualına cavab verməzdən əvvəl o dövrün ictimai- siyasi həyatını təhlil etmək lazımdır. Əvvəla, Bakı faciəsi Alma-ata və Tbilisi hadisələrinin məntiqi davamı idi. Çünki ölkədə bir-birinin ardınca baş verən siyasi partlayışların təhlükəsini hiss edən Mərkəz hər cür vasitə ilə imperiyanı qoruyub saxlamağa çalışırdı. Lazım gələndə ən amansız variantlara belə, əl atmağa hazır idi. Əgər yadınızdadırsa, 20 Yanvar faciəsinə bir neçə gün qalmış demək olar ki, imperiyanın əsas simaları artıq Bakıda idi. Təkcə bu faktdan nəticə çıxarmaq olar ki, 20 Yanvar faciəsi qaçılmaz və labüd idi.

- 20 Yanvar faciəsindən sonra Deputat-istintaq Komissiyası yaradıldı. 1992-ci ilin yanvarında hadisənin ikinci ildönümü ərəfəsində komissiyanın fəaliyyəti başa çatdı. Rəy Milli Məclisdə müzakirə edilib xalqa çatdırıldı.

- 20 Yanvar faciəsinin Deputat-istintaq Komissiyasından nəsə gözləmək sadəlövhlük idi. Bu Deputat-istintaq Komissiyası partokratlardan təşkil olunmuşdu. Yanvardan sonra hakimiyyət strukturunda da elə bir dəyişiklik olmamışdı. Sadəcə olaraq vəzifə yerdəyişmələri olmuşdu. Yanvara qədər hakimiyyətdə olanlar yanvardan sonra da hakimiyyətdə qalmışdılar. Komissiyanın 21 üzvündən yalnız 3-ü müxalifəti təmsil edirdi: Sabir Rüstəmxanlı, Tamerlan Qarayev və Tofiq Qasımov. İşləyənlər də bunlar idi. Komissiyanın qalan üzvləri isə SSRİ və respublika Ali Sovetinin deputatları, nazirlər idi.

- 20 Yanvar faciəsində DTK-nın “əvəzsiz” xidməti var...

- Bilirsinizmi, dövlətə qarşı hər hansı təhlükəni sovuşdurmaq üçün DTK-nın və Daxili İşlər Nazirliyinin əvvəlcədən hazırlanmış xüsusi planları olur. Məsələn, hansı obyektləri əldən verməmək, hansıları güclü mühafizə etmək bu plana daxildir. Telestudiyanın enerji blokunun partladılması, Salyan kazarmasındakı təxribat xarakterli atışmaların məsuliyyətindən DTK can qurtara bilməz. Həmin gecə nömrəli-nömrəsiz maşınların barrikadalarda dirijorluq etməsi də DTK-nın işi idi.

- 20 Yanvar faciəsinə hüquqi qiymət vermək nədənsə çox müşkül məsələyə çevrilib. Buna münasibətiniz?

- Bu işə hüquqi qiymət vermək üçün ilk növbədə qoşunların Bakıya çağırılması və yeridilməsi faktını araşdırmaq lazımdır. Mən hesab edirəm ki, bu, qanunsuz olub. Həmin dövrdə fövqəladə vəziyyət tətbiq olunması da qanuna müvafiq olmayıb. Çünki bundan ötrü respublika hökumətinin rəsmi razılığı olmalı idi. İstintaq qrupunun əsas vəzifələrindən biri bu faktı sübuta yetirməkdir. Ordunu dəvət edənlər və onu göndərənlər ordunun şəhərə daxil olarkən dinc əhaliyə qarşı silah tətbiq edəcəyini əvvəlcədən bilib. Baş verə biləcək insan qırğınına şüurlu surətdə yol veriblərsə, məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Açığını deyim ki, 20 Yanvar faciəsinə görə keçmiş müxalifətin nümayəndələri də məsuliyyət daşımalıdır. Çünki bilə-bilə əliyalın adamları qoşunun qarşısına çıxarmaq, kömək gələcəyi və silah veriləcəyi adı ilə onları aldatmaq cinayətdir. Həm də nəzərə almaq lazımdır ki, o vaxt müxalifət adı ilə çoxunun güman etdiyi kimi təkcə AXC yox, müxtəlif qruplar və özlərini partiya adlandıran dəstələr də çıxış edirdilər.

- Dediklərinizdən aydın olur ki, istintaq yaxşı aparılmayıb. İstintaqı səmərəli aparmaq üçün ilk növbədə nə etmək lazımdır? Və ya nə təklif edərdiniz?

- İlk növbədə istintaqın sözün əsl mənasında müstəqilliyi təmin edilməlidir. Bundan sonra inanmaq olar ki, istintaq obyektiv gedəcək. İstintaqı səmərəli aparmağın bir yolu da var. DTK-da, Daxili İşlər Nazirliyində, Xalq Cəbhəsində, ümumiyyətlə, bu hadisə ilə bağlı olan bütün təşkilatlarda və ayrı-ayrı adamlarda olan sənədlər toplanmalıdır. Məndə olan məlumata görə, o vaxt xəstəxanaların bəzilərinə həkimlərin səfərbərliyə alınması barədə göstəriş verilib. Öyrənmək lazımdır, göstəriş hardan gəlib və onu kim verib. Ayrı bir fakt: 19 yanvarda televiziya diktorlarına oxumaq üçün bir mətn veriblər. Amma onlar mətni oxumaqdan imtina ediblər. Hadisə ərəfəsində mehmanxanalarda şübhəli şəxslərin qalması faktları məlumdur. Bu faktları deməkdə məqsədim odur ki, heç bir sənəd diqqətdən kənarda qalmamalıdır. Hamısını toplamaq lazımdır.

- Əgər sizə bu istintaqı aparmağı həvalə etsəydilər, nədən başlayardınız?

- Dediyim kimi, sənədlərin toplanmasından. Çünki o dövrün mənzərəsini aydın təsəvvür etmək bu sənədlərsiz qeyri-mümkündür. Sənədləri toplayandan sonra isə ayrı-ayrı şəxslərin dindirilməsinə başlamaq olar. Yeri gəlmişkən deyim ki, vaxtilə istintaq qrupu bütün qüvvəsi ilə çalışaraq istintaqı o səmtə yönəldib ki, keçmiş iqtidarın günahlarını ört-basdır etsin. Qəribə mənzərə yaranıb. İndiki istintaq qrupu da keçmiş müxalifətin ünvanına xələl gətirəcək bütün faktlardan yan keçir. Bu, özünü əsasən onda göstərir ki, AXC-nin, Müdafiə Şurasının, o vaxtkı digər siyasi qrupların sənədləri toplanmır və bu istiqamətdə istintaq getmir. Mən bu işin istintaqını hər iki tərəf barəsində paralel aparardım və heç birinə də fərq qoymazdım. İstintaqın tam aşkarlıq şəraitində aparılmasına çalışardım. Çünki istintaq qrupunun ən böyük səhvlərindən biri də budur ki, istintaq, necə deyərlər, bağlı qapılar arxaısnda gedir. İstintaq sirrinə istinad etməklə ictimaiyyətə məlumat verilməməsi istintaqın öz gücsüzlüyünü ört-basdır etmək niyyətindən irəli gəlir. Hər bir istintaq müqəssiri müəyyən etməklə yanaşı, hadisənin baş verməsi mexanizmini, səbəblərini müəyyən etməlidir. Bu, ən azı ona kömək edər ki, gələcəkdə belə hadisələr baş verməsin.

- 20 Yanvar faciəsinin təkrar olunması mümkündürmü?

- Təəssüf ki, bu suala müsbət cavab verməliyəm. Ən dəhşətlisi odur ki, bu dəfə silahı imperiya qoşunları deyil, öz doğma qardaşlarımız işlədə bilər. Fikrimizcə, 20 Yanvar faciəsinin baş verməsinin əsas səbəbi iqtidar və müxalifət qarşıdurması olmuşdu. Və heç kəs məni inandıra bilməz ki, bu gün də respublikamızda iqtidar və müxalifət qarşıdurması yoxdur. Yaddan çıxarmaq olmaz ki, mədəni ölkələrdə hakimiyyət məsələsi seçkilərdə, parlamentdə həll olunur. Piketlərdə, meydanlarda yox. Nə qədər ki siyasi mübarizənin sivilizasiyalı metodlarına yiyələnməmişik, vətəndaş müharibəsi təhlükəsi başımızın üstündə Demokl qılıncı kimi durur.

- Siz nikbin adamsınız. Deyə bilərsinizmi nə vaxtsa bu faciənin törədilməsində əli olanları xalq tanıyacaq? Ayrı cür desək, keçmiş iqtidarın nümayəndələri məhkəmə qarşısında cavab verəcəkmi?

- Bir hüquqşünas kimi bu suala belə cavab verə bilərəm ki, qanunçuluq pozulmasa, bilərəkdən hər hansı bir şəxs barəsində qərəzçiliyə yol verilməsə, indiki vəziyyətdə heç kim məhkəməyə verilə bilməz. İstintaqın əldə etdiyi materialların əsasında keçmiş rəhbərliyi vəzifə cinayətlərinə görə məsuliyyətə cəlb etmək olar. Lakin Milli Məclisin qəbul etdiyi, prezidentin imzaladığı amnistiya qanununa görə bütün vəzifə cinayətləri amnistiyaya düşür. Paradoksal vəziyyət yaranır. Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istəyirəm ki, Cinayət Məcəlləsinin müvafiq fəslində dəyişiklik edilmədiyindən bu günə kimi müstəqil Azərbaycan Respublikasının cinayət qanunvericiliyi sovet dövlətinin mənafeyini qoruyur. Bəziləri belə düşünə bilər ki, keçmiş iqtidarın liderlərini məsuliyyətə cəlb etmək üçün cinayət qanunvericiliyində müvafiq dəyişiklik etməklə vəziyyətdən çıxmaq olar. Bu, ən azı diletantlıqdır. Mütəxəssislər yaxşı bilirlər ki, demokratik dövlətdə buna yol vermək olmaz. Beynəlxalq hüquq normalarına görə əməlin cinayət olması və bunun üçün cəza verilməsi həmin əməlin törədildiyi zaman qüvvədə olan qanunla müəyyən edilir. Əməlin cəzalanmalı olmasını müəyyən edən və ya cəzanı ağırlaşdıran qanunun geriyə qüvvəsi yoxdur. Bu prinsip Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6-cı maddəsində öz əksini tapıb.

- İstintaq qrupuna yeni rəhbər təyin olunub. Bundan nəsə gözləmək olarmı? İstintaq qrupunun keçmiş rəhbəri O.Qasımovun “525-ci qəzet”ə verdiyi müsahibəyə münasibətiniz?

- Əvvəla onu deyim ki, O.Qasımov fevral ayından oktyabra kimi istintaq qrupuna rəhbərlik edib. İstintaq bu müddət ərzində heç bir konkret nəticəyə gəlməyibsə, onun keyfiyyət və səmərəsindən söhbət gedə bilməz. İstintaq qrupunun yeni rəhbərinin də hərəkəti göstərdi ki, düzgün yol tutulmamışdı. R.Usubov cinayət işinin materiallarını araşdırmadan tələm-tələsik DTK-nın sabiq sədri V.Hüseynovu həbs etdi. Təkcə onu deyə bilərəm ki, yanvar faciəsinin ildönümü ərəfəsində prokurorluq gördüyü işlər barəsində hesabatda V.Hüseynovun həbsini əldə bayraq etmək istəyir. Bir sözlə demək istəyirlər ki, nə isə bir iş görmüşük. Məni düzgün başa düşün, Vaqif Hüseynovu müdafiə etmirəm. Məni narahat edən ayrı məsələdir. Onun həbsi istintaqın əl-qolunu bağlayıb, imkanlarını məhdudlaşdırıb. Aydındır ki, bundan sonra istintaqın bütün fəaliyyəti V.Hüseynovun həbsinə bəraət qazandırmaq üçün faktların toplanmasına yönəldiləcək. Bu da istintaqın obyektiv gedəcəyinə gümanı azladır.

- Siz nə təklif edərdiniz?

- Fikrimcə, istintaqın səmərəliyini artırmaq və obyektivliyini təmin etmək üçün bircə yol var. Təkcə yanvar faciəsi deyil, son illər Azərbaycan xalqına və demokratik hərəkata qarşı törədilən bütün cinayətləri – Şuşanın və Laçının verilməsini, Xocalı faciəsini, siyasi qətllər (Arif Abdullayevin, Telman Qurbanovun, Əjdər Xanbabayevin müəmmalı ölümü və s.) təhqiq etmək üçün xüsusi istintaq komissiyası yaradılmalıdır. Komissiyanın işinin obyektivliyini təmin etmək üçün onun müstəqilliyinə dövlət səviyyəsində təminat verilməli, statusu və səlahiyyətini müəyyən edən qanun olmalıdır. Komissiyanın tərkibinə bütün siyasi qüvvələri təmsil edən nümayəndələr salınmalıdır. Fürsətdən istifad edib xahiş edirəm, bu təklifimi respublika rəhbərliyinə çatdırasınız.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ob4ax5

Самое читаемое