20 Yanvar faciəsindən 30 il ötdü

30 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakıya girib.

Source: Foto: arxiv


Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyir

Bu gün Azərbaycanda 1990-cı il yanvarın 20-də baş verən faciənin 30 illiyidir. Ölkədə Ümumxalq hüzn günü elan olunub.

Rəsmi məlumatara görə, yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyir.

30 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakıya girib.

Rəsmi məlumata görə, Kommunist Partiyasının Birinci katibi Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partladıb, respublikada televiziya verilişləri dayandırılıb. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil olub.

Hadisələr nəticəsində paytaxt da daxil olmaqla respublikanın digər rayonlarında 147 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin yaralandığı, onların bir çoxu ömürlük əlil olduğu bildirilir. Yalnız Bakı şəhərində 131 nəfər öldürülüb, 841 nəfər həbs edilib.

Bu hadisədən sonra 20 Yanvar tarixi Azərbaycanda hər il Milli Matəm Günü kimi qeyd olunur.

Ana səhifəSiyasət20 Yanvar faciəsindən 30 il ötdü